İsra Surəsi 52. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
O gün Allah sizi çağıracaq. Siz Ona həmd edərək çağırışına cavab verəcək (dünyada) çox az qaldığınızı güman edəcəksiniz.
Bünyadov-Məmmədəliyev:
O gün ki, Allah sizi (haqq-hesab üçün öz hüzuruna) çağıracaqdır. Siz Ona (itaətlə yanaşı) şükür edərək (qəbirlərinizdən) dərhal çağırışına cavab verəcəksiniz sizə elə gələcəkdir ki, (dünyada) çox az qaldınız!
Elmir Quliyev :
В тот день Он призовет вас, и вы ответите Ему похвалой и предположите, что пробыли на земле совсем недолго.
Ələddin Sultanov:
Allahın sizi çağıracağı gün siz Ona həmd edərək dəvətini qəbul edəcək (dünyada, yaxud qəbirdə) yalnız az bir müddət qaldığınızı zənn edəcəksiniz”.
Kerbelayi Malik ağa:
(Allahın) sizi çağıracağı gün, dərhal Ona həmd ilə cavab verəcəksiniz. Ancaq çox az qaldığınızı zənn edəcəksiniz.
Ələsgər Musayev:
O gün ki, sizi dəvət edər O, siz Ona həmd ilə cavab verərsiniz zənn edərsiniz ki, qaldınız, ancaq çox az.
A.Mehdiyev və D.Cəfərli:
O gün ki, sizi (sizin Bərzəx ruhlarınızı torpaqda dağılmış cəsədlərinizi yaradılış iradəsi ilə) çağıracaq, beləliklə siz (bədən üzvlərinizin bir yerə toplanması, dünyada olduğu şəkli alması Bərzəx ruhlarının onlara daxil olması ilə) Ona sitayiş edən halda (Onun dəvətinə) cavab verəcək (və əmrini yerinə yetirəcək)siniz. (həmin vaxt dünyada Bərzəx aləmində) yalnız az bir zaman qaldığınızı güman edərsiniz (dünya Bərzəxin hər ikisi sizin nəzərinizdə axirət əbədiyyəti müqabilində az görünəcəkdir).
Kövsər Tağıyev:
Allahın sizi (qəbirlərinizdən) çıxaracağı, sizin Ona həmd edərək dərhal əmrinə tabe olacağınız (qəbirlərinizdə) çox az qaldığınızı sanacağınız günü xatırla!
M.Qənioğlu və T.Bilaloğlu:
O günü O, sizi çağıracaq, siz Ona həmd edərək cavab verəcəksiniz (təəssüflə) elə zənn edəcəksiniz ki, siz (dünyada) ancaq az bir vaxt qalmısınız.
Sabirə Dünyamalıyeva:
De ki: "Ümid edilir ki, çox tezliklə! Sizi çağırdığı/dirildildiyiniz gün, Onu tərifləyərək Onun çağırışına tabe olacaqsınız çox az qaldığınızı zənn edəcəksiniz."