Əlixan Musayev:
Biz (Musanı) sağ tərəfindəki dağın yaxınlığından çağırdıq və (onunla) danışıb onu (özümüzə) yaxın etdik.
Bünyadov-Məmmədəliyev:
Biz (Musanı) Tur dağının sağ tərəfindən çağırdıq və (Allahla danışmaq üçün yalvarıb) gizli dua edərkən özümüzə yaxınlaşdırdıq.
Elmir Quliyev
:
Мы подали ему глас с правой стороны горы и подозвали его поближе тихим голосом.
Ələddin Sultanov:
Ona (Musaya) Tur dağının sağ tərəfindən səsləndik və onu pıçıldaşan kimsə qədər (Özümüzə) yaxınlaşdırdıq.
Kerbelayi Malik ağa:
Turun sağ tərəfindən Ona səsləndik. Onunla danışmaq (vəhy etmək) üçün yaxınlaşdırdıq.
Ələsgər Musayev:
Çağırdıq Biz onu dağın sağ cinahından və yaxınlaşdırdıq
onu gizli söhbət üçün.
A.Mehdiyev və D.Cəfərli:
Onu Turun (Tur dağının) sağ tərəfindən səslədik və Özümüzə yaxın(lardan) etdik. O, Bizimlə münacat etdi, Biz də onunla münacat etdik.
Kövsər Tağıyev:
Ona Tur dağının sağ tərəfindən səsləndik və onunla gizlicə danışmaq üçün özümüzə yaxınlaşdırdıq.
M.Qənioğlu və T.Bilaloğlu:
Biz onu Tur dağının sağ tərəfindən çağırdıq və söhbət etmək üçün onu (özümüzə) yaxınlaşdırdıq.
Sabirə Dünyamalıyeva:
Biz onu ən mübarək Turun yan tərəfindən çağırdıq və məxsusi danışmaq üçün onu yaxınlaşdırdıq.