Ənbiya Surəsi 52. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
Bir zaman o öz atasına tayfasına: “Bu heykəllərdir ki, siz onlara sitayiş edirsiniz?”– demişdi.
Bünyadov-Məmmədəliyev:
(İbrahim) atasına tayfasına: “Sizin tapınıb durduğunuz bu heykəllər nədir?” dediyi zaman
Elmir Quliyev :
Вот он сказал своему отцу и народу: "Что это за изваяния, которым вы предаетесь?"
Ələddin Sultanov:
Vaxtilə o, atasına qövmünə: “Sizin ibadət etdiyiniz bu heykəllər nədir?” - demişdi.
Kerbelayi Malik ağa:
(İbrahim ə.s) atasına qövmünə belə demişdi: ‘Sizin ibadət etdiyiniz bu heykəllər nədir?’
Ələsgər Musayev:
Onda dedi atasına öz qoumuna: «Nədir bu mücəssəmələr, hansı ki, onlara sitayiş edirsiniz?»
A.Mehdiyev və D.Cəfərli:
O zaman (İbrahim) öz atasına (qaynatasına, yaxud əmisinə, yaxud da ana babası Azərə) öz qövmünə dedi: «Bu heykəllər nədir ki, siz həmişə təzim itaətkarlıqla onlara ibadətlə məşğulsunuz?!»
Kövsər Tağıyev:
Bir vaxt o, atasına qövmünə: “Nədir tapınıb durduğunuz bu heykəllər?” demişdi.
M.Qənioğlu və T.Bilaloğlu:
O zaman o, öz atasına camaatına demişdi: “Bu heykəllərdir ki, siz onlara ibadət edirsiniz?"
Sabirə Dünyamalıyeva:
Bir vaxt İbrahim atasına qövmünə: "Sizin həmişə tapındığınız bu heykəllər nədir?" demişdi.