Həcc Surəsi 52. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
Biz səndən əvvəl elə bir elçi, elə bir peyğəmbər göndərməmişik ki, o, (ayələrimizi)(oxumaq) istədikdə şeytan onun oxuduğuna gizlicə (vəsvəsə) verməsin. Lakin Allah şeytanın gizlicə təlqin etdiyini yoxa çıxarar. Sonra da Allah Öz ayələrini möhkəmlədər. Allah Biləndir, Müdrikdir.
Bünyadov-Məmmədəliyev:
(Ya Rəsulum!) Biz səndən əvvəl (şəriət sahibi olan) elə bir rəsul, (şəriət sahibi olmayıb onun ardınca gedən) elə bir nəbi (peyğəmbər) göndərmədik ki, o, (hər hansı bir şeyi) arzu etdikdə Şeytan onun arzusuna (diləyinə vəsvəsə yolu ilə) bir xələl qatmasın! (Yaxud o, ayələrimizi oxumaq istədiyi zaman Şeytan onu çaşdırıb oxuduğu ayə barəsində pis bir fikir təlqin etməsin!) Lakin Allah Şeytanın vəsvəsəsini batil (yox) edər. Sonra isə Allah Öz ayələrini möhkəmlədər. Allah (hər şeyi) biləndir, hikmət sahibidir!
Elmir Quliyev :
Мы не отправляли до тебя такого посланника или пророка, чтобы дьявол не подбросил свое в его чтение, когда он читал откровение. Аллах уничтожает то, что подбрасывает дьявол. Потом Аллах утверждает Свои знамения, ведь Аллах Знающий, Мудрый.
Ələddin Sultanov:
(Ey Peyğəmbər!) Biz səndən əvvəl elə bir rəsul nəbi göndərməmişik ki, o bir şeyi arzuladığı zaman şeytan onun arzusuna bir şey qatmasın. Ancaq Allah şeytanın qatdığını yox edər. Sonra Allah Öz ayələrini möhkəmləndirər. Allah hər şeyi biləndir, hikmət sahibidir. (Bu ayə peyğəmbərlərin xəta edə biləcəyini, ancaq onların Allah tərəfindən şeytanın vəsvəsəsindən qorunduqlarını ifadə edir. Şeytan peyğəmbərə gələn vəhyin içinə başqa şeylər qatmaq istəsə də, Allah tərəfindən bunun qarşısı alınmışdır.)
Kerbelayi Malik ağa:
Səndən əvvəl göndərdiyimiz elə bir rəsul nəbi yoxdur ki, bir şey dilədiyi zaman şeytan onun dilədiyinə (yalan) təlqin etməmiş (çatdırmamış) olsun. Lakin Allah şeytanın təlqin etdiyi şeyi yox edər. Sonra Allah ayələrini möhkəmləndirər. Allah Alimdir, Hakimdir (elm hikmət sahibidir).
Ələsgər Musayev:
Göndərmədik səndən qabaq elə bir rəsul nəbi, onda ki, təmənna edə, şeytan onun niyyətinə vəsvəsə salmaya. Allah yox edər şeytanın vəsvəsəsini. Sonra Allah ayətini möhkəm edər Allah Alimdir, Həkimdir!
A.Mehdiyev və D.Cəfərli:
Biz səndən əvvəl elə bir rəsul (peyğəmbərliyi mələyi aşkar görməklə olan elçi) nəbi (peyğəmbərliyi vəhyi yuxuda almaqla olan elçi) göndərməmişik ki, o, öz kitabının ayələrini oxuyanda ya öz dinini cəmiyyətdə həyata keçirmək istəyəndə şeytan onun sözlərinin arasına (bihudə iradlar) atmasın onun yüksək hədəfləri müqabilində batil məsələlər təlqin etməsin. Lakin Allah (Öz cari qanununa əsasən) şeytanın təlqin etdiklərini məhv puç edir sonra Öz ayə nişanələrini bərqərar edərək möhkəmləndirir. Allah (hər şeyi) bilən hikmət sahibidir.
Kövsər Tağıyev:
Səndən əvvəl elə bir rəsul nəbi göndərmədik ki, o bir şey təmənna etdiyi zaman şeytan onun bu təmənnasına dair vəsvəsə verməmiş olsun. Amma Allah şeytanın vəsvəsəsini yox edər. Sonra isə Allah öz ayələrini möhkəm edər. Allah haqqı ilə biləndir, hökm hikmət sahibidir.
M.Qənioğlu və T.Bilaloğlu:
Biz səndən əvvəl elə bir elçi, elə bir peyğəmbər göndərmədik ki, o, bir görmək arzusunda olanda şeytan onun arzusuna (bir şey) qatmasın. Lakin Allah şeytanın qatdığını pozar, sonra isə Öz ayələrini möhkəmlədər - Axı Allah hər şeyi biləndir, hökm hikmət sahibidir! -
Sabirə Dünyamalıyeva:
Biz səndən əvvəl elə bir elçi elə bir peyğəmbər göndərməmişik ki, o, bir şeyi arzu etdikdə, şeytan onun arzusuna hər hansı bir şey atmasın [qarışdırmasın]. Belə olduqda, Allah, şeytanın/İblisin atdığı [qarışdırdığı] şeyləri aradan götürər [puç edər].