Ənkəbut Surəsi 52. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
De: “Mənimlə sizin aranızda Allahın şahid olması yetər. O, göylərdə yerdə olanları bilir. Batilə inanıb Allahı inkar edənlər məhz onlar ziyana uğrayanlardır”.
Bünyadov-Məmmədəliyev:
De: “Mənimlə sizin aranızda Allahın şahid olması kifayət edər. O, göylərdə yerdə olduğunu bilir. Batilə inanıb Allahı inkar edənlər, şübhəsiz ki, ziyana uğrayanlardır!”
Elmir Quliyev :
Скажи: "Довольно того, что Аллах является Свидетелем между мною и вами. Он знает то, что на небесах и на земле. Те же, которые уверовали в ложь и не уверовали в Аллаха, непременно окажутся в убытке".
Ələddin Sultanov:
De: “Mənimlə sizin aranızda şahid olaraq Allah yetər. O, göylərdə yerdə varsa, hamısını bilir. Batilə inanıb Allahı inkar edənlər əsil ziyana uğrayanlardır”.
Kerbelayi Malik ağa:
De ki: ‘Sizinlə mənim aramda şahid olaraq Allah kifayət edər. Göylərdə yerdə varsa bilir.’ Batilə inananlar Allahı inkar edənlər hüsranda olanlardır.
Ələsgər Musayev:
De: «Kafidir mənimlə sizin aranızda Allahın Şahid olması. O bilir ki, səmalarda ki, ərzdə var. O kəslər ki, inanırlar batil ilə kafir olurlar Allah ilə həmin onlar xəsarətdə olanlardır!»
A.Mehdiyev və D.Cəfərli:
De: «Allahın mənimlə sizin aranızda şahid olması kifayət edər; O, göylərdə yerdə olanı bilir. O kəslər ki, batilə (Allahdan başqa ibadət olunan hər bir şeyə) iman gətirib Allaha küfr etmişlər, onlar ziyankarlardır».
Kövsər Tağıyev:
De ki: “Mənimlə sizin aranızda şahid olaraq Allah yetər. O, göylərdə yerdə olanları bilir. Batilə inanıb Allahı inkar edənlər ki var, onlar əsl ziyana uğrayanlardır”.
M.Qənioğlu və T.Bilaloğlu:
De: “Mənimlə sizin aranızda şahid olaraq Allah kifayətdir. O, göylərdə yerdə olanları bilir. Batilə inanıb Allahı inkar edənlər isə ziyana düşənlərdir.
Sabirə Dünyamalıyeva:
De ki: "Mənimlə sizin aranızda şahid olaraq Allah kifayət edər. O, göylərdə yerdə olan şeyləri bilir. Batilə inanan Allahı bilə-bilə inkar edən/inanmayan kəslər, bax onlar ziyana/itkiyə uğrayıb əzab çəkənlərin məhz özüdür.