Əlixan Musayev:
Şübhəsiz ki, sən nə ölülərə (haqqı,) nə də üz çevirib gedən karlara çağırışı eşitdirə bilməzsən.
Bünyadov-Məmmədəliyev:
Şübhəsiz ki, sən (haqqa) çağırışı nə ölülərə bildirə bilərsən, nə də dönüb gedən karlara eşitdirə bilərsən!
Elmir Quliyev
:
Воистину, ты не заставишь слышать мертвецов и не заставишь глухих услышать призыв, когда они обращаются вспять.
Ələddin Sultanov:
(Ey Peyğəmbər) Şübhəsiz ki, sən nə ölülərə (haqqı) çatdıra bilərsən, nə də dönüb gedən karlara dəvəti eşitdirə bilərsən.
Kerbelayi Malik ağa:
Elə isə şübhəsiz ki, sən ölülərə eşitdirə bilməzsən, arxalarına dönüb getdikləri zaman karlara da dəvəti eşitdirə bilməzsən.
Ələsgər Musayev:
Həqiqətən, sən eşitdirə bilməzsən ölülərə və eşitdirə
bilməzsən karlara çağırışı, onda ki, idbarlı halda üz döndərirlər.
A.Mehdiyev və D.Cəfərli:
Şübhəsiz, sən (küfr və inad) ölülər(in)ə (heç nəyi) eşitdirə bilməzsən, öz dəvətini arxa çevirib, dönüb gedən karlara yetirə bilməzsən.
Kövsər Tağıyev:
Şübhəsiz, sən ölülərə eşitdirə bilməzsən. Dönüb getdikləri zaman sən çağırışı karlara da eşitdirə bilməzsən.
M.Qənioğlu və T.Bilaloğlu:
Axı sən ölüləri eşidən edə bilməzsən və dönüb gedərkən də karlara çağırışı eşitdirə bilməzsən.
Sabirə Dünyamalıyeva:
Buna görə də, sən ölülərə eşitdirə bilməzsən. Arxalarını çevirib gedən karlara da o dəvəti yetirə bilməzsən.