Əlixan Musayev:
Onlar: “Biz ona inandıq!”– deyəcəklər. Amma uzaq bir yerdə (Axirətdə) imana necə nail ola bilərlər?!
Bünyadov-Məmmədəliyev:
Onlar: “Ona (Qurana və ya Muhəmməd əleyhissəlama) inandıq!” – deyirlər. Amma (axirət kimi) uzaq bir yerdən əlləri (imana, tövbəyə) necə çata bilər?! (Axirət aləminə getdikdən sonra heç kəsin əli imana, tövbəyə yetişməz, çünki axirətdən qayıdıb bir də dünyaya gəlmək mümkün deyildir. İman və tövbə yeri yalnız yaşadığınız dünyadır!)
Elmir Quliyev
:
Они скажут: "Мы уверовали в это!" Но как им обрести веру или заслужить прощение в таком далеком месте!
Ələddin Sultanov:
Onlar (axirətdə): “Ona (Qurana) iman gətirdik!” – deyəcəklər. Ancaq onlar uzaq bir yerdən imana necə nail ola bilərlər?
Kerbelayi Malik ağa:
‘Ona iman etdik.’ dedilər. Uzaq bir yerdən onlar (imanı) necə əldə edə bilərlər?
Ələsgər Musayev:
Və deyirlər: «Inandıq biz Onun ilə!» Onlar üçün uzaq
məkandan necə mümkün olacaq?
A.Mehdiyev və D.Cəfərli:
Onlar (qəbirdə, ya Qiyamətdə) deyərlər: «Biz ona (Qur’ana) iman gətirdik». Amma uzaq bir yerdən əlləri (imana və tövbəyə) necə çata bilər?! (Dünyadan o aləmə yol yaxın və oradan isə dünyaya yol uzaqdır).
Kövsər Tağıyev:
(Əzabı gördükdə:) “Ona inandıq”, – deyərlər. Ancaq onlar üçün uzaq bir yerdən (dünyadan) iman əldə etmək necə mümkün ola bilər?
M.Qənioğlu və T.Bilaloğlu:
Onlar deyərlər: "Biz ona [haqqa] iman gətirdik." Lakin onlar (axirət kimi) uzaq bir yendən özlərini (imana) necə çatdıra bilərlər?
Sabirə Dünyamalıyeva:
Və onlar: "Ona iman etdik" dedilər. Lakin onlar uzaq bir yerdən heç əllərini uzada bilərmi/çata bilərmi?