Mömin Surəsi 52. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
O gün zalımlara üzr diləmələri heç bir fayda verməyəcəkdir. Onları həm lənət, həm pis yurd gözləyir.
Bünyadov-Məmmədəliyev:
Elə bir gün ki, zalımlara üzrxahlıqları heç bir fayda verməyəcəkdir. (O gün) onları lənət axirət yurdunun pis əzabı gözləyir.
Elmir Quliyev :
В тот день извинения (или оправдания) не помогут беззаконникам. На них лежит проклятие, и им уготована Скверная обитель.
Ələddin Sultanov:
O gün üzrxahlıq etmələri zalımlara heç bir fayda verməyəcəkdir. Onlar üçün lənət pis bir məskən vardır.
Kerbelayi Malik ağa:
Zalımlara üzrxahlığın fayda verməyəcəyi gün lənət pis yurd onlar üçündür.
Ələsgər Musayev:
O gün zalimlərə üzr istəmələri mənfəət verməz. Onlar üçün lənət var onlar üçün pis ev var!
A.Mehdiyev və D.Cəfərli:
(Həmin) o gün(də) ki, zalımlara üzrxahlıqları fayda verməyəcəkdir. Onlar üçündür (Allahın) lənət(i) onlar üçündür xoşagəlməz ev!
Kövsər Tağıyev:
O gün zalımlara bəhanələri fayda verməz. Lənət onlaradır, pis yurd da onlaradır.
M.Qənioğlu və T.Bilaloğlu:
o gün ki, haqsızların üzr istəmələri onlara bir fayda verməyəcəkdir. Onlara lənət, onlara ən pis məskən!
Sabirə Dünyamalıyeva:
O gün şirk qoşaraq səhv, öz zərərlərinə olan əməli işləyən kəslərə üzr diləmələri heç bir fayda verməz. onlar lənətlənərək məhrum qalacaqlar, məskənlərin ən pisi onlar üçündür.