Əlixan Musayev:
(Bunların əməli) Firon nəslinin və onlardan əvvəlkilərin əmə--linə bənzəyir. Onlar Allahın ayələrini inkar etdilər, Allah da onları günahlarına görə yaxaladı. Şübhəsiz ki, Allah Qüvvətlidir, cəzalandırması da şiddətlidir.
Bünyadov-Məmmədəliyev:
Eynilə Firon nəslinin və onlardan əvvəlkilərin hərəkətləri kimi. Onlar Allahın ayələrini yalan hesab etdilər, Allah da onları günahlarına görə yox etdi. Həqiqətən, Allah yenilməz qüvvət sahibidir, cəzası da çox şiddətlidir!
Elmir Quliyev
:
Так же поступали род Фараона и те, которые жили до них. Они отвергли знамения Аллаха, и Аллах схватил их за грехи. Воистину, Аллах силен и суров в наказании.
Ələddin Sultanov:
(Bunların hərəkətləri,) Firon ailəsi və onlardan əvvəlkilərin hərəkətlərinə bənzəyir. Onlar da Allahın ayələrini inkar etmişdilər. Ona görə də Allah onları günahlarına görə cəzalandırmışdı. Şübhəsiz ki, Allah güclüdür, cəzası şiddətlidir.
Kerbelayi Malik ağa:
Firon ailəsinin və onlardan əvvəlkilərin adət halına gətirdiyi kimi, Allahın ayələrini inkar etdilər. Beləcə Allah günahlarına görə onları yaxaladı. Şübhəsiz ki, Allah qüvvətlidir və əzabı şiddətlidir.
Ələsgər Musayev:
Bu, Firaun ailəsinin və onlardan qabaqkıların dəbi kimidir. Kafir oldular ayətlərilə Allahın və Allah günahları ilə onları tutdu. Həqiqətən, Allah Qəvidir- şiddətlidir iqaba!
A.Mehdiyev və D.Cəfərli:
(Bu müşriklərin hərəkətləri) Firon ailəsinin və onlardan qabaqkıların rəftarı kimidir ki: onlar Allahın ayə və nişanələrinə kafir oldular, Allah da onları günahlarına görə cəzalandırdı. Həqiqətən Allah çox qüvvətli və şiddətli cəza verəndir.
Kövsər Tağıyev:
Bunların halı eynilə Firon ailəsi və onlardan əvvəlkilərin halı kimidir. Allahın ayələrini inkar etmişdilər, Allah da onları günahları səbəbi ilə dərhal yaxalamışdı. Şübhəsiz, Allah qüvvətlidir, əzabı şiddətlidir.
M.Qənioğlu və T.Bilaloğlu:
(Bunların halı) Firon nəsli və onlardan əvvəlkilərinki kimidir. Onlar Allahın ayələrini yalan hesab etdilər. Allah da onları öz günahlarına görə yaxaladı. Axı Allah qüvvətlidir, şiddətli əzab verəndir!
Sabirə Dünyamalıyeva:
Eynilə Fironun yaxınlarının və onlardan əvvəlkilərin rəftarı kimi, onlar da Allahın ayələrini/işarətlərini/nişanələrini tanımadılar, Allah da onları günahlarına görə yaxaladı. Şübhəsiz ki, Allah çox güclüdür, cəzası/nəticələndirməsi çox şiddətli olandır.