Yunus Surəsi 53. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
Səndən: “O (əzab) doğrudurmu?”(– deyə) xəbər alırlar. De: “Bəli, and olsun Rəbbimə! Həqiqətən də, o, doğrudur siz (ondan) yaxa qurtara bilməyəcəksiniz”.
Bünyadov-Məmmədəliyev:
(Ya Peyğəmbərim!) Səndən: “O (bizi qorxutduğun əzab ya qiyamət günü) doğrudurmu?” deyə xəbər alacaqlar. Onlara belə cavab ver: “Rəbbimə and olsun ki, o doğrudur. Siz ondan canınızı qurtara bilməzsiniz!”
Elmir Quliyev :
Они спрашивают тебя: "Неужели это правда?" Скажи: "Конечно, клянусь моим Господом! Воистину, это подлинная правда, и вам не избежать этого".
Ələddin Sultanov:
Səndən: “O (əzab axirət) həqiqətdirmi?” - deyə məlumat istəyirlər. De ki: “Bəli, Rəbbimə and olsun ki, o həqiqətdir siz ona mane ola bilməzsiniz!”
Kerbelayi Malik ağa:
Səndən xəbər alacaqlar: ‘O haqdırmı?’ De ki: ‘Bəli, Rəbbimə and olsun.’ Şübhəsiz ki, o, qəti olaraq haqdır sizlər aciz edəcək deyilsiniz.
Ələsgər Musayev:
Səndən soruşurlar ki, o haqdırmı? De: «Bəli, and olsun Rəbbimə ki, o haqdır siz aciz edə bilməzsiniz!»
A.Mehdiyev və D.Cəfərli:
səndən «görəsən o (Qiyamət, savab cəza) haqdır?» (deyə) xəbər alırlar. De: «Bəli, Rəbbimə and olsun ki, o, haqdır siz əsla aciz qoyan (mənim Allahımın əzabından qaça bilən) deyilsiniz».
Kövsər Tağıyev:
“O (əzab) gerçəkdirmi?” deyə səndən xəbər alırlar. De ki: “Bəli, Rəbbimə and olsun ki, o, əlbəttə, gerçəkdir. Siz (bu barədə Allahı) aciz buraxa bilməzsiniz”.
M.Qənioğlu və T.Bilaloğlu:
Onlar səndən xəbər alacaqlar ki, bunun olacağı doğrudurmu? De: "Bəli! Rəbbimə and olsun ki, bu, bir həqiqətdir siz onun qarşısını almaqda acizsiniz!”
Sabirə Dünyamalıyeva:
"O əzab gerçəkdirmi?" deyə səndən xəbər almaq istəyirlər. De ki: "Bəli. Rəbbimə and olsun ki, o, şübhəsiz ki, bir həqiqətdir. siz, aciz qoya bilməyəcəksiniz."