Hicr Surəsi 53. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
(Mələklər): “Qorxma! Həqiqətən, biz səni bilikli bir oğulla müjdələyirik!”– dedilər.
Bünyadov-Məmmədəliyev:
Onlar: “Qorxma, biz səni çox bilikli bir oğulla (oğlun olacağı ilə) müjdələyirik!” deyə cavab verdilər.
Elmir Quliyev :
Они сказали: "Не бойся! Воистину, мы принесли тебе благую весть об умном мальчике".
Ələddin Sultanov:
Onlar dedilər: “Qorxma! Biz səni çox bilikli bir oğlan uşağı ilə müjdələyirik!”
Kerbelayi Malik ağa:
(İbrahimin (ə.s) qonaqları) belə dedilər: ‘Qorxmayın! Şübhəsiz ki, biz səni bir alim oğlan uşağı ilə müjdələyirik.’
Ələsgər Musayev:
Dedilər: «Vəchlənmə! Həqiqətən, biz sənə bəşarət veririk bilikli qulam barəsində».
A.Mehdiyev və D.Cəfərli:
Dedilər: «Qorxma, biz səni (İshaq adlı) bilikli bir oğulla müjdələyirik (ki, o, vəhy vasitəsilə din elmləri səmavi kitablardan xəbərdar olacaqdır)».
Kövsər Tağıyev:
Onlar: “Qorxma, biz səni bilikli bir oğulla müjdələyirik”, dedilər.
M.Qənioğlu və T.Bilaloğlu:
Onlar isə dedilər: "Qorxma! Biz sənə bilici bir oğlan uşağının [İshaqın] müjdəsini veririk".
Sabirə Dünyamalıyeva:
İbrahimin qonaqları: "Qorxma! Şübhəsiz ki, biz səni çox bilikli bir oğulla müjdələyirik!" dedilər.