Əlixan Musayev:
Sizə verilən nemətlərin hamısı Allahdandır. Sonra sizə bəla gəldiyi zaman ancaq Ona yalvarırsınız.
Bünyadov-Məmmədəliyev:
Sizə gələn hər bir nemət Allahdandır. Sonra sizə bir müsibət üz verdikdə Ona yalvarıb-yaxarırsınız!
Elmir Quliyev
:
Все блага, которые вы имеете, — от Аллаха. И если вас касается беда, то вы громко зовете Его на помощь.
Ələddin Sultanov:
Sizə bəxş edilən hər bir nemət Allah tərəfindəndir. Sonra sizə bir zərər toxunduğu zaman Ona yalvarırsınız.
Kerbelayi Malik ağa:
Sizə verilən nemətlərin hamısı Allahdandır. Sonra da sizə bir sıxıntı üz verərsə, o zaman Ona yalvararsınız.
Ələsgər Musayev:
Sizə nə ki, nemət yetişir,
Allah tərəfindəndir. Sonra onda ki, sizə zərər toxunur,
yalvarırsınız Ona.
A.Mehdiyev və D.Cəfərli:
Və malik olduğunuz hər bir nemət Allah tərəfindəndir. Həmçinin sizə bir zərər-ziyan yetişən zaman Ona yalvarır və Ondan kömək diləyirsiniz.
Kövsər Tağıyev:
Sizə çatan hər nemət Allahdandır. Sonra sizə bir müsibət üz verdiyi zaman yalnız Ona yalvarıb-yaxarırsınız.
M.Qənioğlu və T.Bilaloğlu:
Sizdə hansı nemət varsa, o, Allah tərəfindəndir. Sonra, əgər sizə bir ziyan toxunarsa, siz Ona yalvararsınız.
Sabirə Dünyamalıyeva:
Və yaxşılıq adına sahib olduğunuz nə varsa, Allahdandır. Sonra sizə bir zərər toxunduğu zaman, dərhal yalnız Ona sığınırsınız.