Taha Surəsi 53. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
O, yer üzünü sizin üçün beşik etmiş, orada sizin üçün yollar salmış göydən su endirmişdir. Biz onunla cürbəcür bitkilərdən cüt-cüt yetişdirdik.
Bünyadov-Məmmədəliyev:
O (böyük Allah) ki, yer üzünü sizin üçün döşəmiş (döşək etmiş), orada sizin üçün yollar salmış, göydən yağmur yağdırmışdır. Biz o yağmurla növbənöv bitkilərdən cütlər yetişdirmişik.
Elmir Quliyev :
Он сделал землю для вас колыбелью, проложил для вас на ней дороги и низвел с неба воду. Благодаря ей Мы взрастили различные растения.
Ələddin Sultanov:
O (Rəbb) ki, yer üzünü sizin üçün beşik etdi, orada sizin üçün yollar saldı göydən su endirdi. Onunla da (yerdən) müxtəlif növ bitkilərdən cüt-cüt çıxartdıq.
Kerbelayi Malik ağa:
Yer üzünü sizə döşək (beşik) edən, orada sizin üçün yollar açan səmadan su endirən Odur. Sonra da onunla növbənöv bitkilərdən cüt-cüt yetişdirdik.
Ələsgər Musayev:
Odur ki, etdi sizin üçün ərzdə düzənlik sizin üçün orada yollar çəkdi nazil etdi səmadan su Biz xaric etdik onunla müxtəlif nəbatətdən cütlər.
A.Mehdiyev və D.Cəfərli:
Həmin O (Allah) ki, yeri sizin üçün döşəyərək beşik edib, onda sizin üçün yollar açıb göydən (yağış, qar dolu şəklində) su nazil edib. Biz onun vasitəsi ilə (torpağın altından) müxtəlif növlü rəngbərəng bitkilər çıxartdıq.
Kövsər Tağıyev:
“Rəbbim sizin üçün yer üzünü beşik kimi yaradan, orada sizin üçün yollar açan sizə göydən yağmur endirəndir”. Beləliklə, onunla sizin üçün yerdən növbənöv birkilərdən cüt-cüt çıxardıq.
M.Qənioğlu və T.Bilaloğlu:
Yer üzünü sizin üçün döşəyib orada sizin üçün yollar açan, göydən su endirib onunla cürbəcür bitkilərdən qoşa-qoşa çıxaran Odur.
Sabirə Dünyamalıyeva:
O, yer üzünü sizin üçün bir beşik edən, oradan sizin üçün yollar açan göydən bir su endirəndir." dedi. -Bax Biz, o su ilə növbənöv bitkilərdən cütlər yetişdirmişik.