Həcc Surəsi 53. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
(Belə edər ki,) şeytanın gizli təlqinini qəlbində xəstəlik olanlar qəlbi sərt olan insanlar üçün bır sınaq (vasitəsinə) çevrilsin. Həqiqətən, zalımlar uzaq bir ayrılıq içindədirlər.
Bünyadov-Məmmədəliyev:
(Allah ona görə belə edir ki) Şeytanın vəsvəsəsini qəlblərində mərəz (nifaq, şəkk mərəzi) ürəkləri qatı (sərt) olanlar (müşriklər) üçün bır sınaq vasitəsi etsin. Şübhəsiz ki, zalımlar (münafiqlər, müşriklər kafirlər) haqdan uzaq bir nifaq içindədirlər (ixtilafdadırlar).
Elmir Quliyev :
Он делает то, что подбрасывает дьявол, искушением для тех, чьи сердца поражены недугом и чьи сердца ожесточены. Воистину, беззаконники находятся в полном разладе с истиной.
Ələddin Sultanov:
(Allah şeytanın bunu etməsinə icazə verir ki,) qəlblərində xəstəlik olanlar qəlbləri qatılaşanlar üçün şeytanın təlqinini bir sınaq vasitəsi etsin. Həqiqətən, zalımlar (haqdan) uzaq bir ayrılıq içindədirlər.
Kerbelayi Malik ağa:
Qəlblərində mərəz (xəstəlik) olan qəlbləri sərtləşmiş olanlara şeytanın təlqin etdiyi (çatdırdığı) şeyi imtahan etmək üçündür. Şübhəsiz ki, zalımlar əlbəttə uzaq bir ayrılıq içindədirlər (Sirati Müstəqimdən uzaqlaşmışlar).
Ələsgər Musayev:
ona görə ki, şeytanın vəsvəsəsini o kəslər üçün ki, qəlblərində mərəz var qəlbləri sərtləşib sınaq vasitəsi etsin. Həqiqətən, zalimlər uzaq şəqavətdədirlər!
A.Mehdiyev və D.Cəfərli:
(Şeytana belə bir imkan verməkdən məqsəd budur) ki, şeytanın təlqin etdiklərini qəlblərində mərəz olanları daşürəkli kəslərin sınaq vasitəsi etsin. Həqiqətən zalımlar uzun-uzadı bir müxalifətdə, ədavət içərisindədirlər.
Kövsər Tağıyev:
Allah bunu ona görə edir ki, şeytanın verdiyi bu vəsvəsəni qəlblərində xəstəlik olanlar qəlbləri qatı olanlar üçün bir imtahan vəsiləsi etsin. Heç şübhəsiz ki, o zalımlar dərin bir təfriqə içindədirlər.
M.Qənioğlu və T.Bilaloğlu:
ki, şeytanın qatdığı şeyi ürəklərində mərəz olanlar ürəkləri sərt olanlar üçün bir sınaq etsin - Axı haqsızlar dərin təfriqə içərisindədirlərl -
Sabirə Dünyamalıyeva:
Sonra da Allah, şeytanın qoyduğu [vəsvəsəni] qəlblərində xəstəlik olan, pis fikirli ürəkləri qatılaşmış kəslərin dindən çıxmasına [bir sınaq vasitəsi] etmək [üçün] -şirk qoşaraq səhv; öz zərərinə olan əməli işləyənlər həqiqətən uzaq bir nifaq içindədirlər