Nur Surəsi 53. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
(Münafiqlər) Allaha çox möhkəm and içdilər ki, əgər sən onlara əmr etsən, onlar mütləq (döyüşə) çıxacaqlar. De: “And içməyin! İtaətiniz bəllidir. Şübhəsiz ki, Allah etdiklərinizdən xəbərdardır”.
Bünyadov-Məmmədəliyev:
(Ya Rəsulum, münafiqlər) onlara əmr etdiyin zaman mütləq (cihada) çıxacaqları haqda Allaha çox möhkəm and içdilər. Onlara de: “(Yalandan) and içməyin, itaətiniz məlumdur (yaxud sizdən tələb olunan and yox, adicə itaətdir). Həqiqətən, Allah etdiklərinizdən xəbərdardır!”
Elmir Quliyev :
Они (лицемеры) приносят величайшие клятвы именем Аллаха о том, что если бы ты приказал им, то они непременно выступили бы в поход. Скажи: "Не клянитесь! Такая покорность хорошо известна. Воистину, Аллаху ведомо о том, что вы совершаете".
Ələddin Sultanov:
Onlara (münafiqlərə) əmr etdiyin zaman (cihada) çıxacaqlarına dair Allaha möhkəm and içdilər. De ki: “And içməyin! Gözəl bir şəkildə itaət etmək (kifayətdir). Şübhəsiz ki, Allah sizin etdiklərinizdən xəbərdardır”.
Kerbelayi Malik ağa:
Əgər sən onlara əmr etsəydin (münafiqlər), mütləq döyüşə çıxacaqlarına dair Allaha ən qüvvətli andları ilə and içərlər. De ki: ‘And içməyin! (Bu), bilinən bir itaətdir. Şübhəsiz ki, Allah etdiklərinizdən xəbərdardır.’
Ələsgər Musayev:
And içdilər Allah ilə özlərinin möhkəm andlarından ki, əgər sən onlara əmr edəsən, onlar xaric olarlar. De: «And içməyin! Itaətkarlıq mərifətlidir! Həqiqətən, Allah Xəbirdir ilə ki, əməldəsiniz!»
A.Mehdiyev və D.Cəfərli:
Özlərinin ən möhkəm andları ilə Allaha and içdilər ki, əgər onlara (cihada getməyi ya evlərindən çıxmağı) əmr etsən, mütləq çıxacaqlar. De: «And içməyin, (sizə) gözəl səmimi itaət (vacib)dir (and içmək yox)! Əlbəttə, Allah, etdiklərinizdən xəbərdardır.»
Kövsər Tağıyev:
Münafiqlər sən onlara əmr etdiyin təqdirdə mütləq savaşa çıxacaqları haqda ən ağır şəkildə Allaha and içdilər. De ki: “And içməyin. Sizdən istənilən gözəl bir şəkildə itaət etməkdir. Şübhəsiz, Allah etdiklərinizdən haqqı ilə xəbərdardır”.
M.Qənioğlu və T.Bilaloğlu:
Onlar ən güclü andları ilə Allaha and içdilər ki, əgər sən onlara əmr etsən, onlar mütləq (döyüşə) qalxarlar. De: "And içməyin! İtaətiniz bəllidir. Axı Allah etdiklərinizdən xəbərdardır."
Sabirə Dünyamalıyeva:
o münafiqlər, sən onlara əmr etdiyin zaman mütləq döyüşə çıxacaqları haqda ən ağır andlarla Allaha möhkəm and içdilər. De ki: "And içməyin. İtaət, adət-ənənəyə uyğun/yaxşı olduğu hər kəs tərəfindən qəbul edilən şəkildə olar [mərufdur]! Şübhəsiz ki, Allah əməllərinizdən xəbərdardır."