Əlixan Musayev:
Birinin suyu dadlı və şirin, digərininki isə duzlu və acı olan iki dənizi qovuşduraraq aralarında maneə və keçilməz sədd qoyan Odur.
Bünyadov-Məmmədəliyev:
Birinin suyu çox şirin, digərininki isə olduqca şor (acı) olan iki dənizi qovuşduran, aralarında (bir-birinə qarışmamaq üçün) maneə və keçilməz sədd qoyan Odur!
Elmir Quliyev
:
Он — Тот, Кто смешал два моря (вида воды): одно — приятное, пресное, а другое — соленое, горькое. Он установил между ними преграду и непреодолимое препятствие.
Ələddin Sultanov:
İki dənizi qovuşduran Odur! Bu (dənizin suyu) şirin və susuzluğu yatırandır. Bu (dənizin suyu) isə duzlu və acıdır. Allah o ikisinin arasında (sularının bir-birinə qarışmaması üçün) bir maneə və keçilməz bir sədd yaratmışdır.
Kerbelayi Malik ağa:
İki dənizi sərbəst buraxan Odur. Biri ləzzətli və şirin, digəri duzlu və acıdır. İkisinin arasında maneə yaratdı. Beləcə onların arasına sədd qoyaraq bir-birinə qarışmalarına mane oldu.
Ələsgər Musayev:
Və O – Odur ki, iki dəryanı qovuşdurdu. Biri şirindir, içməlidir və o biri duzludur, acıdır. O etdi aralarında bərzəx və dağılmaz məhəccər.
A.Mehdiyev və D.Cəfərli:
İki dənizi bir-birinə birləşdirən Odur. Onlardan biri(nin suyu) dadlı və şirin, o biri isə şor və acıdır. O, onların arasında (bir-birlərinə qarışmamaları üçün Öz qüdrəti ilə) möhkəm maneə yaratmışdır. (Böyük şirin çaylar dənizə tökülür və onların şirin suyu şor suyun ortasında geniş bir ərazidə şor suya qarışmadan qalır.)
Kövsər Tağıyev:
O, birinin suyu ləzzətli və şirin, digərininki duzlu və acı olan iki dənizi qovuşdurub aralarına görünməz bir pərdə və qarışmaqlarına mane olan bir sədd qoyandır.
M.Qənioğlu və T.Bilaloğlu:
Birinin suyu çox şirin, digərininki, çox şor olan iki dənizi qovuşduran və aralarında bir maneə, keçilməz bir sədd yaradan Odur.
Sabirə Dünyamalıyeva:
Və iki dənizi buraxan da Odur; bu su şirin və susuzluğu yatdıran, bu su isə duzlu və acıdır. Və aralarında bir maneə və qadağa əmələ gətirən Odur.