Yasin Surəsi 53. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
Bircə dəhşətli səs qopan kimi onların hamısı hüzurumuza gətiriləcəklər.
Bünyadov-Məmmədəliyev:
Yalnız bir dəhşətli səs qopan (İsrafilin axırıncı dəfə surunu çalan) kimi onlar hamısı (haqq-hesab üçün) qarşımızda hazır duracaqlar.
Elmir Quliyev :
Будет один только глас, и все они будут собраны у Нас.
Ələddin Sultanov:
O dəhşətli səs qopan kimi onların hamısı Bizim hüzurumuza gətiriləcəklər.
Kerbelayi Malik ağa:
Yalnız tək bir seyhə (şiddətli səs dalğası)! Artıq o zaman onlar, hamısı hüzurumuzda hazır olanlardır.
Ələsgər Musayev:
Oldu ancaq vahid səs onda ki, onlar cəmiyyən yanımızda hazırdırlar.
A.Mehdiyev və D.Cəfərli:
(Bu zaman) üfürmə bağırtı (surun üçüncü dəfə çalınması) yalnız bir dəfə olar, onda dərhal hamılıqla (yaradılmış ilk insandan ölmüş axırıncı insanadək) Bizim hüzurumuzda (haqq-hesab hökmetmə dayanacağında) hazır duracaqlar.
Kövsər Tağıyev:
Belə deyərlər: “Vay halımıza! Kim bizi dirildib məzarımızdan çıxardı? Bu, Rəhmanın vəd etdiyi şeydir. Peyğəmbərlər doğru söyləmişlər”.
M.Qənioğlu və T.Bilaloğlu:
Bircə hayqırtı ilə onlar hamısı hüzurumuzda hazır olacaqlar.
Sabirə Dünyamalıyeva:
Ancaq yeganə bir fəryad olmuşdur. Bir görürsən ki, hamısı hüzurumuzda fərəqət vəziyyətdə dayanmışdır.