Zümər Surəsi 53. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
(Qullarıma mənim bu sözümü) de: “Ey Mənim özlərinə qarşı həddi aşmış qullarım! Allahın rəhmindən ümidinizi üzməyin. Şübhəsiz ki, Allah bütün günahları bağışlayır. O, həqiqətən, Bağışlayandır, Rəhmlidir!”
Bünyadov-Məmmədəliyev:
(Ya Peyğəmbər! Mənim adımdan qullarıma) de: “Ey Mənim (günah törətməklə) özlərinə zülm etməkdə həddi aşmış bəndələrim! Allahın rəhmindən ümidsiz olmayın. Allah (tövbə etdikdə) bütün günahları bağışlayar. Həqiqətən, O bağışlayandır, rəhm edəndir!
Elmir Quliyev :
Скажи Моим рабам, которые излишествовали во вред самим себе: "Не отчаивайтесь в милости Аллаха. Воистину, Аллах прощает грехи полностью, ибо Он Прощающий, Милосердный".
Ələddin Sultanov:
De: “Ey özlərinə qarşı həddi aşan bəndələrim, Allahın mərhəmətindən ümidinizi kəsməyin! Şübhəsiz, Allah bütün günahları bağışlayar. Həqiqətən, O, bağışlayandır, rəhmlidir.
Kerbelayi Malik ağa:
De ki: ‘Ey nəfsləri üzərinə israf yükləmiş (həddindən çox günahkar) qullarım! Allahın rəhmətindən ümid kəsməyin. Şübhəsiz ki, Allah günahların hamısını məğfirət edər. O, şübhəsiz ki, Ğafurdur, Rəhimdir.’
Ələsgər Musayev:
De: «Ay bəndələrim Mənim - o kəslər ki, israf ediblər üzərində öz nəfslərinin, Allahın rəhmətindən ümidsiz olmayın! Həqiqətən, Allah cəmiyyən bütün günahları bağışlayır. Həqiqətən, O Ğəfurdur, Rəhimdir!
A.Mehdiyev və D.Cəfərli:
De: «Ey Mənim (günah vasitəsi ilə) özlərinə zülm etməkdə həddi aşan bəndələrim, Allahın mərhəmətindən ümidinizi kəsməyin. Şübhəsiz, Allah (tövbə ilə) bütün günahları (hətta şirki) bağışlayır. Çünki bağışlayan mehriban Odur!
Kövsər Tağıyev:
De ki: “Ey öz əleyhinə həddini aşan qullarım! Allahın rəhmətindən ümidinizi kəsməyin. Şübhəsiz, Allah bütün günahları bağışlayar. Çünki o, çox bağışlayandır, çox mərhəmət edəndir”.
M.Qənioğlu və T.Bilaloğlu:
De: "Ey özlərinə qarşı həddini aşmış bəndələrim, Allahın mərhəmətindən əlinizi üzməyin! Həqiqətən, Allah bütün günahları bağışlayır, axı O, bağışlayandır, rəhmlidir!
Sabirə Dünyamalıyeva:
De ki: "Ey nəfslərinə qarşı həddi aşan qullar![#249] Allahın rəhmindən ümidsiz olmayın. Şübhəsiz ki, Allah günahları tamamilə bağışlayar. Şübhəsiz ki, O, çox bağışlayandır, çox rəhm edəndir.