Nisa Surəsi 53. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
Yoxsa hökmranlıqdan onların bir payı vardır? Elə olsaydı, onlar insanlara xurma çərdəyinin bir qırıntısını belə verməzdilər.
Bünyadov-Məmmədəliyev:
Yoxsa onların (dünyada) hökmranlıqdan bir payı vardır? Əgər elə olsaydı, onlar insanlara xurma çərdəyinin bir tumurcuğunu (zərrəsini) belə verməzdilər.
Elmir Quliyev :
Или же они обладают долей власти? Будь это так, то они не дали бы людям даже выемки на финиковой косточке.
Ələddin Sultanov:
Yoxsa onların mülkdən (hökmranlıqdan) bir payımı var?! Əgər elə olsaydı, çərdəyin tumurcuğunu belə insanlara verməzdilər.
Kerbelayi Malik ağa:
Yoxsa onların mülkdən bir nəsibimi (payımı) var? Elə olsaydı, insanlara bir çəyirdək belə verməzdilər.
Ələsgər Musayev:
Yoxsa onlar üçün nəsib var mülkdən? Onda onlar insanlara xurma çərdəyinin tumurcuğunuda verməzlər.
A.Mehdiyev və D.Cəfərli:
Məgər onların (Tövrat İncil alimlərinin) hökümətdən bir payları var (ki, peyğəmbərlik hidayəti istədikləri şəxsə versinlər)?! Əgər elə olsaydı, onda onlar camaata (mal məqamdan) hətta xurma tumunun arxasındakı nöqtə qədər olsun (bir şey) verməzdilər!
Kövsər Tağıyev:
Yoxsa onların hökmranlıqda bir payımı var? Elə olsa, insanlara bir zərrə belə verməzlər.
M.Qənioğlu və T.Bilaloğlu:
Yoxsa bu səltənətdən onların da bir payı vardır? Belə olsaydı, onlar insanlara xurma çərdəyinin bir zərrəsini verməzdilər.
Sabirə Dünyamalıyeva:
Yoxsa onlar üçün dünya hökmranlığından bir pay var? Əgər elə olsaydı, onlar insanlara xurma çərdəyinin oyuğunu belə verməzdilər.