Əlixan Musayev:
göylərdə və yerdəkilərin sahibi Allahın yoluna. Şübhəsiz ki, bütün işlər Allaha qayıdır.
Bünyadov-Məmmədəliyev:
O Allahın yoluna ki, göylərdə və yerdə nə varsa (hamısı) Onundur. Bil ki, bütün işlər axırda Allaha qayıdacaqdır!
Elmir Quliyev
:
путь Аллаха, Которому принадлежит то, что на небесах, и то, что на земле. Воистину, к Аллаху возвращаются дела.
Ələddin Sultanov:
O Allahın yoluna (yönəldirsən) ki, göylərdə və yerdə nə varsa, hamısı Onundur. Bilin ki, bütün işlər Allaha dönəcəkdir.
Kerbelayi Malik ağa:
O Allahın yolu ki, göylərdə və yerdə nə varsa Özünündür. Bütün əmrlər Allaha dönər, elə deyilmi?
Ələsgər Musayev:
yoluna Allahın – Odur ki, Onun üçündür nə ki, səmalardadır və
nə ki, ərzdədir. Ə, məgər yoxmu? Tərəfinə Allahın qayıdacaq
əmrlər!
A.Mehdiyev və D.Cəfərli:
O Allahın yoluna ki, göylərdə və yerdə olanlar(ın hamısı onların özləri də daxil olmaqla) Onun həqiqi mülküdür. (Çünki yaratmaq, qorumaq, idarə etmək və vəd edilmiş vaxtda yox etmək Onun istəyindən asılıdır.) Bil! (Dünyanın və bəndələrin) bütün işlər(i Məhşər günü) Ona tərəf qayıdacaqdır.
Kövsər Tağıyev:
göylərdəki və yerdəki hər şeyin sahibi olan Allahın yoluna. Yaxşı bilin ki, bütün işlər sonda Allaha qayıdar.
M.Qənioğlu və T.Bilaloğlu:
göylərdə və yerdə olanların sahibi Allahın yolunu. Bilin ki, bütün işlər Allaha ayıdır.
Sabirə Dünyamalıyeva:
– göylərdə və yerdə olanlar Özü üçün olan Allahın yoluna bələdçilik etməkdəsən. Gözünüzü açın, işlər yalnız Allaha dönər.