Duxan Surəsi 53. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
Taftadan atlazdan libaslar geyib qarşı-qarşıya əyləşəcəklər.
Bünyadov-Məmmədəliyev:
Taftadan atlazdan (nazik qalın ipdən) libaslar geyib qarşı-qarşıya əyləşəcəklər.
Elmir Quliyev :
Они будут облачены в атлас и парчу и будут восседать друг против друга.
Ələddin Sultanov:
Onlar ipəkdən atlazdan paltarlar geyinib qarşı-qarşıya əyləşəcəklər.
Kerbelayi Malik ağa:
İpəkdən atlasdan libaslar geyib qarşı-qarşıya əyləşəcəklər.
Ələsgər Musayev:
Bəzənərlər onlar atlas parçalarla, bir-birinin müqabilində.
A.Mehdiyev və D.Cəfərli:
Nazik qalın ipək paltarlar geyinəcək, (ünsiyyətdə olub söhbət etmək üçün) bir-birləri ilə üz-üzə oturacaqlar.
Kövsər Tağıyev:
Bağçalarda bulaq başındadırlar.
M.Qənioğlu və T.Bilaloğlu:
Onlar atlas qumaşdan paltar geyinib üzbəüz oturarlar.
Sabirə Dünyamalıyeva:
Onlar üz-üzə oturaraq incə ipəkdən parlaq atlazdan paltarlar geyərlər.