Maidə Surəsi 53. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
İman gətirənlər isə deyə-cəklər: “Sizinlə bərabər olacaqlarına dair Allahın adı ilə möhkəm and içənlər bunlardırmı?” Onların əməlləri puça çıxdı, özləri ziyana uğrayanlardan oldular.
Bünyadov-Məmmədəliyev:
İman gətirənlər isə deyəcəklər: “Sizinlə birlikdə olacaqları barədə Allaha (yalandan) möhkəm andlar içən kəslər bunlarmıdır?” Onların (bütün) əməlləri puça çıxdı (axirətdə) zərərçəkənlərdən oldular.
Elmir Quliyev :
Те, которые уверовали, скажут: "Неужели это те, которые приносили величайшие клятвы именем Аллаха о том, что они были с вами?" Тщетны были их деяния, и они оказались потерпевшими убыток.
Ələddin Sultanov:
İman gətirənlər isə: “Bunlarmı sizinlə birlikdə olacaqlarına dair Allaha möhkəm and içdilər?” - deyərlər. Onların əməlləri puça çıxdı beləcə zərər çəkənlərdən oldular.
Kerbelayi Malik ağa:
Amənu olanlar (Allaha təslim olmağı diləyənlər): ‘Sizinlə bərabər olacaqlarına dair Allahın adı ilə var gücləriylə and içənlər bunlarmı?’ deyərlər. Onların əməlləri puç oldu, beləcə hüsrana uğrayan kəslər oldular.
Ələsgər Musayev:
O kəslər ki, inanırlar deyirlər: «Ə, bunlar o kəslərdir ki, and içirdilər Allah ilə möhkəm andla ki, onlar sizinlədirlər?» Batil oldu onların əməlləri xəsarətdə oldular.
A.Mehdiyev və D.Cəfərli:
İman gətirənlər (münafiqlərin nifaqı üzə çıxan zaman bir-birlərinə) deyərlər: «Sizinlə birlikdə olmalarına dair Allaha möhkəm and içənlər bunlar idilər?!» (Doğrudan da) onların (münafiqlərin) əməlləri batil puç oldu onlar ziyana uğradılar.
Kövsər Tağıyev:
(O zaman) iman edənlər deyərlər ki: “Sizinlə olduqlarına dair möhkəm bir şəkildə Allaha and içənlər bunlardırmı?” Bunların cəhdləri boşa çıxmışdır. Beləliklə, ziyana uğrayanlardan olmuşlar.
M.Qənioğlu və T.Bilaloğlu:
İman gətirənlər isə söyləyərlər “Sizinlə olduqlarına ən möhkəm andları ilə Allaha and içənlər, doğrudan da, bunlardır?” Onların əməlləri hədər getmiş onlar ziyana düşənlərdən olmuşlar.
Sabirə Dünyamalıyeva:
iman etmiş kəslər deyəcəklər: "Həqiqətən sizinlə birlikdə olduqlarına dair, Allaha bütün gücləriylə and içənlər bunlardırmı?" Onların əməlləri puça çıxdı onlar ziyana uğrayanlar oldular.