Nəhl Surəsi 54. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
Bəlanı sizdən sovuşdurduqdan sonra sizlərdən bəziləri Rəbbinə şərik qoşur.
Bünyadov-Məmmədəliyev:
Sonra sizi o müsibətdən qurtardığı zaman bir görürsən ki, aranızda bir dəstə Rəbbinə şərik qoşur.
Elmir Quliyev :
Когда же Он избавляет вас от беды, то некоторые из вас начинают приобщать сотоварищей к своему Господу,
Ələddin Sultanov:
Sonra zərəri sizdən dəf etdiyi zaman içinizdən bir qrup çox keçmədən Rəbbinə şərik qoşar.
Kerbelayi Malik ağa:
Sonra O, sizi sıxıntıdan qurtardığı zaman da sizdən bir qrup Rəbbinə şirk qoşar.
Ələsgər Musayev:
Sonra onda ki, şəfa edərək zərəri sizdən götürdü, onda sizdən bir firqə öz Rəbləri ilə şərik qoşurlar,
A.Mehdiyev və D.Cəfərli:
Amma həmin zərər ziyanı sizdən dəf edən kimi, sizin bir dəstəniz dərhal (vücudda, rübubiyyətdə, ibadətdə ya itaətdə) Rəbblərinə şərik qoşur!
Kövsər Tağıyev:
Sonra o müsibəti sizdən uzaqlaşdırdığı zaman bir görərsiniz ki, aranızdan bir qismi Rəblərinə şərik qoşur.
M.Qənioğlu və T.Bilaloğlu:
Sonra O, ziyanı sizdən dəf edərsə, sizlərdən bir qismi öz Rəbbinə şərik qoşarlar.
Sabirə Dünyamalıyeva:
Sonra, zərəri sizdən dəf etdikdə, sizdən bir dəstə küfr işləmək; özlərinə verdiyimiz şeyləri ört-basdır etmək/verdiyimiz şeylərin əvəzində nankorluq etmək üçün Rəbbinə şərik qoşur.