Əlixan Musayev:
Biz bu Quranda insanlar üçün hər cür məsəli ətraflı izah etdik. İnsan isə ən çox mübahisə edəndir.
Bünyadov-Məmmədəliyev:
Biz bu Quranda insanlar üçün cürbəcür məsəllər çəkdik. İnsan isə (bütün məxluqat içərisində) ən çox mübahisə edəndir. (Haqqa boyun qoymaz, öyüd-nəsihət qəbul etməyib batilə uyar).
Elmir Quliyev
:
Мы разъяснили людям в этом Коране любые притчи, но человек больше всего склонен препираться.
Ələddin Sultanov:
Şübhəsiz ki, Biz bu Quranda insanlar üçün hər cür misallar çəkdik. Ancaq insan çox mübahisə edəndir.
Kerbelayi Malik ağa:
And olsun ki, bu Qurani Kərimdə insanlara bütün məsələləri (misalları) açıqladıq. İnsan hər şeydən çox münaqişə edəndir.
Ələsgər Musayev:
Əlbəttə, sərf etdik bu Qur’anda insanlar üçün külli
məsəldən və insan əksər şeynən mücadilə edən oldu!
A.Mehdiyev və D.Cəfərli:
Həqiqətən bu Qur’anda insanlar üçün hər cür məsəl gətirdik, amma insan hər şeydən çox düşmənçilik və ədavət aparandır.
Kövsər Tağıyev:
And olsun, biz bu Qur`anda insanlar üçün hər cür misal çəkdik. Lakin insanlar mübahisə etməyə hər şeydən daha çox həvəslidirlər.
M.Qənioğlu və T.Bilaloğlu:
Biz bu Quranda insanlar üçün hər cür misal gətirdik. İnsan ən çox mübahisə edən varlıqdır.
Sabirə Dünyamalıyeva:
Və şübhəsiz, Biz, bu Qur'anda insanlar üçün hər misalı ətraflı izah etdik. İnsan isə, mübahisə etməsi hər şeydən daha çox olandır.