Ənbiya Surəsi 54. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
(İbrahim) demişdi: “Doğrusu, siz də, atalarınız da, açıq-aydın bir azğınlıq içindəsiniz”.
Bünyadov-Məmmədəliyev:
(İbrahim onlara: ) “And olsun ki, siz də, atalarınız da (haqq yoldan) açıq-aşkar azmısınız!” demişdi.
Elmir Quliyev :
Он сказал: "Воистину, вы и ваши отцы пребываете в очевидном заблуждении".
Ələddin Sultanov:
İbrahim: “Həqiqətən, siz də, atalarınız da açıq-aydın bir zəlalət içindəsiniz!” - demişdi.
Kerbelayi Malik ağa:
(İbrahim): ‘And olsunki, siz atalarınız açıq-aşkar dəlalətdəsiniz.’ dedi.
Ələsgər Musayev:
Dedi: «Siz atalarınız aşkar zəlalətdə oldunuz!»
A.Mehdiyev və D.Cəfərli:
Dedi: «Şübhəsiz, siz atalarınız aşkar azğınlıqda olmusunuz.»
Kövsər Tağıyev:
İbrahim: “And olsun, siz də, atalarınız da açıq-aşkar bir sapqınlıq içindəsiniz”, dedi.
M.Qənioğlu və T.Bilaloğlu:
İbrahim dedi: "Siz də, ata-babalarınız da aşkar azğınlıq içərisində imişsiniz."
Sabirə Dünyamalıyeva:
İbrahim: "And olsun ki, siz atalarınız açıq-aşkar bir azğınlıq içindəsiniz" dedi.