Nur Surəsi 54. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
De: “Allaha Peyğəmbərə itaət edin”. Əgər üz çevirsəniz, (bilin ki,) o ancaq özünə həvalə edilənə cavabdehdir, siz ancaq özünüzə həvalə edilənə cavabdehsiniz. Əgər ona itaət etsəniz, doğru yola yönəlmiş olarsınız. Peyğəmbərin öhdəsinə düşən isə ancaq açıq-aşkar təbliğat aparmaqdır.
Bünyadov-Məmmədəliyev:
De: “Allaha itaət edin, Peyğəmbərə itaət edin. (Çünki Peyğəmbərə itaət etmək elə Allaha itaət etməkdir). Əgər (Peyğəmbərin əmrindən) üz döndərsəniz, (bilin ki) onun vəzifəsi ancaq ona tapşırılanı, sizin vəzifəniz ancaq sizə tapşırılanı yerinə yetirməkdir. Əgər ona itaət etsəniz, doğru yolu tapmış olarsınız. Peyğəmbərin öhdəsinə düşən isə yalnız (dini, Allahın hökmlərini, risalətini) açıq-aşkar təbliğ etməkdir.
Elmir Quliyev :
Скажи: "Повинуйтесь Аллаху и повинуйтесь Посланнику". Если вы отвернетесь, то ведь он отвечает за то, что возложено на него, а вы отвечаете за то, что возложено на вас. Но если вы подчинитесь ему, то последуете прямым путем. На Посланника возложена только ясная передача откровения.
Ələddin Sultanov:
De: “Allaha da, Peyğəmbərə itaət edin! Əgər üz döndərsəniz, (bilin ki,) onun vəzifəsi ancaq ona yüklənəndir (təbliğ vəzifəsidir). Sizin vəzifəniz sizə yüklənəndir (əmr ediləni yerinə yetirməkdir). Əgər ona itaət etsəniz, doğru yolu taparsınız. Peyğəmbərin vəzifəsi isə ancaq açıq bir şəkildə təbliğ etməkdir.
Kerbelayi Malik ağa:
De ki: ‘Allaha Rəsula itaət edin. Bundan sonra əgər dönsəniz (itaət etməsəniz), Rəsulun üzərinə düşən (məsuliyyət) yalnız Ona yüklədiləndir (təbliğdir).’ Sizin üzərinizə düşən (məsuliyyət) sizə yüklədiləndir. Əgər ona itaət etsəniz, hidayətə ərərsiniz. Rəsulun üzərində açıqca təbliğdən başqa bir (məsuliyyət) yoxdur.
Ələsgər Musayev:
De: «Itaət edin Allaha itaət edin rəsula! Əgər üz döndərsəniz, həqiqətən, onun üzərində olan ona yüklənəndir sizin üzərinizdə olan sizə yüklənəndir. Əgər ona itaət edərsinizsə, hidayət olunarsınız. Rəsulun üzərində ancaq aşkar təbliğdir».
A.Mehdiyev və D.Cəfərli:
De: «(Bütün hökmlərdə) Allaha itaət edin (işlərin ixtiyar sahibi kimi verdiyi göstərişlərdə) bu Peyğəmbərə itaət edin. Beləliklə əgər üz döndərsəniz (bilin ki,) onun borcu yalnız boynuna qoyulmuş vəzifəni (ilahi tapşırıqları) çatdırmaq, sizin borcunuz isə boynunuza qoyulmuş vəzifə(ni qəbul edərək ona əməl etmək)dir. Əgər ona itaət etsəniz, doğru yolu taparsınız. Peyğəmbərin vəzifəsi yalnız aşkar (tapşırığı) çatdırmaqdır. (Hökmlərin icrası imamət məqamının, dünya axirətdə cəza vermək isə Allahın işidir.)
Kövsər Tağıyev:
De ki: “Allaha itaət edin, Peyğəmbərə itaət edin”. Əgər üz çevirsəniz, bilin ki, onun məsuliyyəti ancaq ona aiddir, sizin məsuliyyətiniz isə yalnız sizə aiddir. Əgər ona itaət etsəniz, hidayət taparsınız. Peyğəmbərin öhdəsinə düşən isə ancaq açıq-aşkar təbliğdir.
M.Qənioğlu və T.Bilaloğlu:
De: "Allaha itaət edin, peyğəmbərə itaət edin! Əgər üz döndərsəniz, (bilin ki,) onda onun üzərindəki [xəbərdarlıq] özü üçün, sizin üzərinizdəki [itaət] özünüz üçündür. Əgər ona itaət etsəniz, düz yolla gedərsiniz. Peyğəmbərin üzərinə isə ancaq aydın bəyan etmək düşür".
Sabirə Dünyamalıyeva:
De ki: "Allaha itaət edin, Elçiyə itaət edin." Əgər üz döndərsəniz, bilin ki, onun öhdəsində olan [borc], yalnız ona tapşırılandır. Sizin öhdənizdəki [sizin borcunuz da] sizə tapşırılandır. Əgər Elçiyə itaət etsəniz, yönləndirildiyiniz doğru yola daxil olarsınız. Elçinin öhdəsində olan da, yalnız açıq-aşkar təbliğ etməkdir.