Əlixan Musayev:
Lutu da (yada sal.) Bir zaman o öz qövmünə demişdi: “Gözünüz görə-görə murdar işmi görəcəksiniz?
Bünyadov-Məmmədəliyev:
Lutu da (peyğəmbər göndərdik). O zaman (Lut) öz tayfasına demişdi: “Gözünüz görə-görə çirkin işləmi məşğul olursunuz? (Etdiyiniz əməlin qəbahətini, günahını başa düşə-düşə hələ də ona davam edirsiniz!)
Elmir Quliyev
:
Вот Лут (Лот) сказал своему народу: "Неужели вы будете совершать мерзость, видя это?
Ələddin Sultanov:
Lutu da (yad et)! Bir zaman o, öz qövmünə demişdi: “Göz görə-görə əxlaqsızlıqla məşğul olursunuz?
Kerbelayi Malik ağa:
Lut (ə.s) qövmünə belə demişdi: ‘Siz gözünüz görə-görə çirkin işləmi məşğul olursunuz?’
Ələsgər Musayev:
Və Lut… Onda öz qoumuna dedi: «Ə, siz fahişəlikmi edəcəksiniz, bir halda ki, görürsünüz?
A.Mehdiyev və D.Cəfərli:
Lutu (yada sal), o zaman (o), öz qövmünə dedi: «Belə həddindən artıq çirkin bir işi bir-birinizin gözü qarşısında edirsiniz?!»
Kövsər Tağıyev:
Lutu da (peyğəmbər olaraq göndərdik.) O, öz qövmünə belə dedi: “Göz görə-görə o çirkin əməli işləyirsiniz?”
M.Qənioğlu və T.Bilaloğlu:
Lutu da (peyğəmbər göndərdik). O zaman o, öz camaatına dedi: "Siz gözünüz görə-görə qəbahətli işlər tutursunuz?
Sabirə Dünyamalıyeva:
Lutu da elçi olaraq qövmünə göndərdik. Bir zaman o, qövmünə, "Gözünüz görə-görə hələ də o azğınlığı/həyasızlığı edəcəksinizmi?