Əlixan Musayev:
Sizin bir şeyi aşkara çıxarmanızdan və ya gizli saxlamanızdan asılı olmayaraq, (başa düşün ki), Allah hər şeyi bilir.
Bünyadov-Məmmədəliyev:
Əgər bir şeyi (Peyğəmbərin zövcələri ilə evlənmək arzusunu) açıq bildirsəniz, yaxud onu (qəlbinizdə) gizli saxlasanız, (fərqi yoxdur) Allah hər şeyi biləndir! (Sizin bütün aşkar və gizli əməlləriniz, hətta ürəyinizdən keçən ani fikir və duyğular belə Allaha məlumdur!)
Elmir Quliyev
:
Обнаруживаете вы что-либо или скрываете, Аллах все равно знает о каждой вещи.
Ələddin Sultanov:
Bir şeyi aşkar etsəniz də, gizli saxlasanız da, şübhəsiz, Allah hər şeyi bilir.
Kerbelayi Malik ağa:
Bir şeyi açıqlasanız da və ya gizlətsəniz də şübhəsiz ki, Allah hər şeyi ən yaxşı biləndir.
Ələsgər Musayev:
Əgər siz bir şeyi aşkara
çıxarasınız, ya məxfi edəsiniz onu, həqiqətən, Allah küllisi ilə
şeyin Alimdir!
A.Mehdiyev və D.Cəfərli:
Əgər (Peyğəmbərə əziyyət vermək, yaxud onun zövcələri ilə evlənmək barədə) bir şeyi aşkar etsəniz, yaxud gizlətsəniz (fərqi yoxdur) şübhəsiz Allah həmişə hər bir şeyi (hətta sizin qəlbinizdən keçənləri belə) biləndir.
Kövsər Tağıyev:
Siz bir şeyi aşkara vursanız da, gizləsəniz də, bilin ki, Allah hər şeyi haqqı ilə biləndir.
M.Qənioğlu və T.Bilaloğlu:
Əgər siz nəyi isə aşkar edib, nəyisə gizlətsəniz (bilin ki,) Allah hər şeyi bilir.
Sabirə Dünyamalıyeva:
Siz bir şeyi aşkar etsəniz, yaxud onu gizləsəniz, bilin ki, şübhəsiz Allah, hər şeyi ən yaxşı biləndir.