Fussilət Surəsi 54. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
Doğrudan da, onlar öz Rəbbi ilə qarşılaşacaqlarına şübhə edirlər. Həqiqətən, O, hər şeyi əhatə edir.
Bünyadov-Məmmədəliyev:
(Ya Peyğəmbər!) Bil ki, onlar öz Rəbbi ilə qarşılaşacaqları (qiyamət günü dirilib haqq-hesab üçün Allahın hüzurunda duracaqları) barədə şəkk-şübhə içindədirlər. yenə bil ki, O (Öz elmi qüdrəti ilə) hər şeyi ehtiva edəndir!
Elmir Quliyev :
Воистину, они сомневаются во встрече со своим Господом. Воистину, Он объемлет всякую вещь.
Ələddin Sultanov:
Bilin ki, onlar Rəbbi ilə qarşılaşacaqlarına şübhə edirlər. Bilin ki, O, (elmi ilə) hər şeyi əhatə edir.
Kerbelayi Malik ağa:
Onlar həqiqətən Rəblərinə mülaki olacaqlarından şübhə içindədirlər, elə deyilmi? Allah hər şeyi əhatə etmişdir, elə deyilmi?
Ələsgər Musayev:
Ə, məgər yoxmu? Həqiqətən, onlar şübhədədirlər görüşündən Rəblərinin! Ə, məgər yoxmu? Həqiqətən, O küllisi ilə şeyin Mühitdir!
A.Mehdiyev və D.Cəfərli:
Bil ki, onlar Rəbbləri ilə görüşəcəkləri barəsində şübhə tərəddüd içərisindədirlər (ölümdən sonrakı həyata inanmırlar). Bil ki, Allah (elm, qüdrət rəhmət baxımından) hər şeyi əhatə etmişdir.
Kövsər Tağıyev:
Yaxşı bilin ki, onlar Rəblərinə qovuşmaq barəsində şübhə içindədirlər. Yaxşı bilin ki, O, hər şeyi əhatə edəndir.
M.Qənioğlu və T.Bilaloğlu:
Bilin ki, onlar öz Rəbbinin hüzuruna çıxacaqlarına şübhə içərisindədirlər. Bilin ki, Allah (Öz elmi qüdrəti ilə) hər şeyi əhatə etmişdir.
Sabirə Dünyamalıyeva:
Gözünüzü açın! Şübhəsiz ki, onlar Rəbblərinə qovuşacaqlarına şübhə edirlər. Gözünüzü açın! Şübhəsiz ki, Allah hər şeyi əhatə etmişdir.