Əlixan Musayev:
Bax belə! Üstəlik onları iri qaragözlü hurilərlə də evləndirəcəyik.
Bünyadov-Məmmədəliyev:
(Möminlərin Cənnətdəki əhvalı) belədir. Hələ onları iri (ahu) gözlü hurilərlə evləndirəcəyik.
Elmir Quliyev
:
Вот так! Мы сочетаем их с черноокими, большеглазыми девами.
Ələddin Sultanov:
Həmçinin onları iri gözlü hurilərlə evləndirəcəyik.
Kerbelayi Malik ağa:
Bax, belə. Onları iri gözlü hurilər ilə evləndirərik.
Ələsgər Musayev:
Belə! Zövc etdik onları qara, iri gözlü hurilərlə.
A.Mehdiyev və D.Cəfərli:
(Onların halı) belədir. Və onları hurul-eyn (ağ bədənli və iri gözlü cənnət qadınları) ilə evləndirərik.
Kövsər Tağıyev:
İncə ipəkdən və parlaq atlasdan libaslar geyərək qarşı-qarşıya oturarlar.
M.Qənioğlu və T.Bilaloğlu:
Bax belə! Biz onları irigözlü hurilərlə evləndirərik.
Sabirə Dünyamalıyeva:
Bax belə! Biz, onları iri qara gözlülərlə/ən ideal tiplərlə qoşalaşdırdıq.