Əlixan Musayev:
(Bunların əməli) Firon nəslinin və onlardan əvvəlkilərin əmə--linə bənzəyir. Onlar Rəbbinin ayələrini yalan hesab etdilər, Biz də onları günahlarına görə məhv etdik. Firon nəslini dənizdə qərq etdik. Onların hamısı zalım idi.
Bünyadov-Məmmədəliyev:
Eynilə Firon nəslinin və onlardan əvvəlkilərin hərəkətləri kimi. Onlar Rəbbinin ayələrini yalan hesab etdilər, Biz də onları günahlarına görə məhv etdik. Firon nəslini (dənizdə) batırdıq. Onların hamısı zalım idi!
Elmir Quliyev
:
Таким же образом поступали род Фараона и те, которые жили до них. Они отвергли знамения своего Господа, и Мы погубили их за грехи и потопили род Фараона. Все они были беззаконниками.
Ələddin Sultanov:
(Bəli, bunların hərəkətləri) Firon ailəsi və onlardan əvvəlkilərin hərəkətlərinə bənzəyir. Onlar Rəbbinin ayələrini yalanlamışdılar. Biz də onları günahlarına görə məhv etmişdik. Firon ailəsini isə (dənizdə) boğmuşduq. Onların hamısı zalım idi.
Kerbelayi Malik ağa:
(Onların, Bədirdə döyüşən Qureyşlilərin) halı Fironun (Firon ordusunun) və onlardan əvvəlkilərin halı kimidir. Rəblərinin ayələrini yalanladılar. Beləcə günahları səbəbi ilə onları həlak etdik. Firon ordusunu boğduq. (Onların) hamısı zalımlar oldular.
Ələsgər Musayev:
Bu, Firaun ailəsinin və onlardan qabaqkıların dəbi kimidir. Onlar yalan saydılar ayətlərilə Rəblərini və Biz günahları ilə onları həlak etdik və Firaun ailəsini qərq etdik. Küllisi oldular zalim!
A.Mehdiyev və D.Cəfərli:
(Bunların davranışları) Firon ailəsinin və onlardan əvvəlkilərin rəftarı kimi(dir). Onlar özlərinin Rəbbinin ayələrini təkzib etdilər, Biz də onları günahlarının cəzası olaraq həlak etdik və Firon ailəsini batırdıq. Onların hamısı zalım idilər.
Kövsər Tağıyev:
Bunların halı eynilə Firon ailəsi və onlardan əvvəlkilərin halı kimidir. Onlar Rəblərinin ayələrini inkar etmişdilər, biz də onları günahları səbəbi ilə həlak etmişdik və Firon ailəsini də suda boğmuşduq. Hamısı zalım kimsələr idi.
M.Qənioğlu və T.Bilaloğlu:
(Bunların halı) Firon nəslinin və onlardan əvvəlkilərin halı kimidir. Onlar öz Rəbbinin ayələrini yalan hesab etdilər. Biz də onları günahlarına görə məhv etdik. Firon nəslini qərq etdik. Onların hamısı zalımlar idi.
Sabirə Dünyamalıyeva:
Eynilə Fironun yaxınlarının və onlardan əvvəlkilərin rəftarı kimi, onlar da Rəbbinin ayələrini/əlamətlərini/göstəricilərini yalan hesab etdilər. Biz onları günahlarına görə dəyişikliyə/məhvə məruz qoyduq; Fironun yaxınlarını suya qərq etdik. Hamısı da özlərinə haqsızlıq edən kəslər idilər.