Yusif Surəsi 55. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
O dedi: “Bu yerin xəzinələrini (qorumağı) mənə tapşır. Çünki mən qoruyanam, (bu işi) bilənəm”.
Bünyadov-Məmmədəliyev:
(Yusif) dedi: “Məni bu yerin (Misirin) xəzinələrinə məmur təyin et (Misir xəzinələrini mənə tapşır), çünki mən (özümə etibar edilən mal-dövləti) qoruyanam, (işləri idarə etməyi) bilənəm!”
Elmir Quliyev :
Он сказал: "Назначь меня управлять хранилищами земли, ибо я знающий хранитель".
Ələddin Sultanov:
Yusif dedi: “Məni bu yerin (Misirin) xəzinələrinə (rəhbər) təyin et! Həqiqətən, mən yaxşı qoruyanam, (bu işi) yaxşı bilənəm”.
Kerbelayi Malik ağa:
(Yusif ə.s) belə dedi: ‘Bu yerin xəzinələrini mənə tapşır! Şübhəsiz ki, mən yaxşı qoruyaram yaxşı bilirəm.’
Ələsgər Musayev:
Dedi: «Məni ərzdə xəzinə üzərində xəzinədar et. Həqiqətən, mən hifz edənəm, bilənəm!»
A.Mehdiyev və D.Cəfərli:
(Yusuf bolluq qıtlıq illərinin gələcəyini dövlətin yaxşı idarəçiyə möhtac olduğunu bildiyi üçün) dedi: «Məni bu ölkənin xəzinələrinə (xəzinədar) təyin et. Həqiqətən mən qoruyan bilənəm.»
Kövsər Tağıyev:
Yusuf: “Ölkənin xəzinələrini mənə tapşırın. Çünki mən yaxşı qoruyan bilən biriyəm”.
M.Qənioğlu və T.Bilaloğlu:
O dedi: "Məni bu yerin xəzinələri üzərinə (nəzarətçi) qoy. Axı mən qoruyanam, (idarə etməyi) bilənəm".
Sabirə Dünyamalıyeva:
Yusif dedi ki: "Məni yer üzünün xəzinələrinə məmur təyin et. Şübhəsiz ki, mən, yaxşı qoruyan, çox yaxşı bilənəm."