Əlixan Musayev:
Onlar Bizim onlara verdiyimiz nemətlərə nankorluq etsinlər deyə (belə edirlər). (Hələlik) əylənin! Tezliklə biləcəksiniz.
Bünyadov-Məmmədəliyev:
Onlar bunu özlərinə verdiyimiz nemətlərə nankorluq etmək üçün edirlər. Hələ ki (dünyada) kef çəkib ləzzət alın. (Başınıza gələcək müsibəti) sonra biləcəksiniz!
Elmir Quliyev
:
Так они отвергают то, что Мы даровали им. Пользуйтесь же благами, и скоро вы узнаете.
Ələddin Sultanov:
Onlar özlərinə verdiklərimizə nankorluq etmək üçün (belə edirlər). Elə isə, (bir müddət dünya nemətlərindən) faydalanın. Tezliklə (həqiqəti) biləcəksiniz!
Kerbelayi Malik ağa:
Onlara verdiyimiz şeylərə nankorluq etsinlər! Haydı faydalanın (əylənin). Artıq yaxında biləcəksiniz.
Ələsgər Musayev:
onlara əta etdiklərimizə küfr etmək üçün. Mətahlanın,
sonra biləcəksiniz!
A.Mehdiyev və D.Cəfərli:
Sonda onlara verdiklərimizə küfr və nankorluq etmək üçün. Buna görə də, (dünyanın ləzzətlərindən) bəhrələnin ki, tezliklə biləcəksiniz.
Kövsər Tağıyev:
Özlərinə verdiyimiz nemətlərə nankorluq etmək üçün belə edirlər. Hələ ki, bir az da səfa sürün. Yaxın zamanda biləcəksiniz.
M.Qənioğlu və T.Bilaloğlu:
Bizim onlara verdiyimiz (nemətləri) inkar etmək üçün (belə edərlər). Güzəranınızı sürüb kefinizi çəkin, siz sonra biləcəksiniz!
Sabirə Dünyamalıyeva:
-Haydı, indi bəhrələnin! Lakin tezliklə biləcəksiniz.-