Əlixan Musayev:
Biz sizi torpaqdan yaratdıq. Sizi ora qaytaracaq və bir daha oradan çıxardacağıq.
Bünyadov-Məmmədəliyev:
Sizi (ulu babanız Adəmi) də onda (o torpaqdan) yaratdıq. Sizi (öləndən sonra) ora qaytaracaq və (qiyamət günü) bir daha oradan (dirildib) çıxardacağıq.
Elmir Quliyev
:
Мы сотворили вас из нее (земли), в нее Мы вас вернем и из нее выведем еще раз.
Ələddin Sultanov:
Sizi ondan (torpaqdan) yaratdıq. Sizi yenə ora qaytaracaq və (axirətdə) təkrar oradan çıxardacağıq.
Kerbelayi Malik ağa:
Sizi torpaqdan yaratdıq. Sizi oraya (geri) döndərəcəyik və sizi oradan bir dəfə də çıxardacağıq.
Ələsgər Musayev:
Ondan xəlq etdik sizi və
ora qaytararıq və bir daha sizi oradan xaric edərik!
A.Mehdiyev və D.Cəfərli:
Sizi ondan (torpaqdan) yaratdıq (ulu baba və nənənizi möcüzəvi şəkildə vasitəsiz və birbaşa, nəslinizin digər davamçılarını isə vasitə ilə və tədricən torpaqdan yaratdıq), (öləndən sonra) ona qaytaracaq və bir daha (Qiyamətdə) ondan çıxaracağıq.
Kövsər Tağıyev:
(Ey insanlar!) Sizi torpaqdan yaratdıq, (öldükdən sonra) sizi oraya qaytaracağıq və sizi bir dəfə də çıxardacağıq.
M.Qənioğlu və T.Bilaloğlu:
Biz sizi ondan [torpaqdan] xəlq etdik. Sizi oraya da qaytaracağıq və sizi bir də oradan yenidən çıxaracağıq.
Sabirə Dünyamalıyeva:
Biz sizi yer üzündən meydana gətirdik, sizi ona qaytaracaq və sizi bir dəfə daha Ondan çıxaracağıq.