Qəsəs Surəsi 55. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
Onlar lağlağı eşitdikləri zaman ondan üz çevirib: “Bizim əməllərimiz bizə, sizin əməlləriniz sizə aiddir. Sizə salam olsun! Biz cahillərə qoşulmaq istəmirik!”– deyirlər.
Bünyadov-Məmmədəliyev:
Onlar boş (yersiz) bir söz eşitdikləri zaman ondan üz çevirib: “Bizim əməllərimiz bizə, sizin əməlləriniz sizə aiddir. (Hərə öz əməlinə cavabdehdir). Sizə salam olsun! (Salamat qalın. Bizimki bizdə, sizinki sizdə!) Biz cahilləri (cahillərlə yoldaşlıq etmək, onların söz-söhbətinə qulaq asmaq, sonra da onlarla çənə-boğaz olmaq) istəmirik!” deyirlər.
Elmir Quliyev :
А услышав праздные речи, они отворачиваются от них и говорят: "Нам достанутся наши деяния, а вам ваши. Мир вам! Мы не желаем следовать путем невежд".
Ələddin Sultanov:
Onlar boş söz eşitdikləri zaman ondan üz çevirər və: “Bizim əməllərimiz bizə, sizin əməlləriniz sizə aiddir. Sizə salam olsun! Biz cahilləri (özümüzə dost tutmaq) istəmirik”, - deyərlər.
Kerbelayi Malik ağa:
Onlar boş söz eşitdikləri zaman üz çevirdilər və: ‘Bizim əməlimiz bizə, sizin əməliniz sizədir. Salam sizin üzərinizə olsun. Biz cahillərlə birlikdə olmaq istəmirik.’ dedilər.
Ələsgər Musayev:
Onda ki, laglag? sozl?r esidirl?r, ondan uz cevirirl?r v? deyirl?r: «Bizim ?m?limiz bizim ucun v? sizin ?m?liniz sizin ucundur. Salam olsun uz?riniz?! Biz cahill?ri ist?y?n deyilik!»
A.Mehdiyev və D.Cəfərli:
(Onlar) boş bir söz (məsxərə, söyüş, qeybət) eşitdikləri zaman, ondan üz döndərərlər (bu hərəkətləri ilə) deyərlər: «Bizim əməllərimiz bizə, sizin əməlləriniz sizə aiddir. Sizə salam (Salamat qalın) olsun! Biz cahilləri (dostluq yoldaşlıq üçün) istəmirik».
Kövsər Tağıyev:
Boş sözü eşitdikləri zaman ondan üz çevirərlər və: “Bizim əməllərimiz bizə, sizin əməlləriniz sizə. Salam olsun sizə (Bizdən sizə zərər gəlməz). Biz cahilləri istəmirik”, deyərlər.
M.Qənioğlu və T.Bilaloğlu:
Onlar bir boşboğazlıq eşidərlərsə, ondan üz döndərib deyərlər “Bizə öz əməllərimiz, sizə öz əməlləriniz. Salamat qalın! Biz cahillərlə (oturub-durmaq) istəmirik."
Sabirə Dünyamalıyeva:
onlar, boş bir söz eşitdikləri zaman ondan üz çevirib: "Bizim əməllərimiz yalnız bizim üçün, sizin işləriniz yalnız sizin üçündür. Sizə salam olsun! Biz cahilləri axtarmırıq" deyirlər.