Əlixan Musayev:
O Saatın gəldiyi gün günahkarlar (dünyada) bircə saat qaldıqlarına and içəcəklər. Onlar (dünyada da haqdan) belə üz döndərirdilər.
Bünyadov-Məmmədəliyev:
Qiyamət qopacağı gün (saat) günahkarlar (qəbirlərində və dünyada) bir saatdan artıq qalmadıqlarına and içərlər. Onlar (axirətdə belə yalan danışdıqları kimi, dünyada da batilə uyub haqdan) belə döndərilirdilər (yoldan çıxardılırdılar).
Elmir Quliyev
:
В тот день, когда наступит Час, грешники станут клясться, что они пробыли на земле или в могилах всего лишь один час. Таким же образом они были отвращены от истины!
Ələddin Sultanov:
Qiyamət qopacağı gün günahkarlar (dünyada) yalnız az bir müddət qaldıqlarına dair and içərlər. Onlar (dünyada da haqq yoldan) belə döndərilirdilər.
Kerbelayi Malik ağa:
O saatın gəldiyi (qiyamətin qopduğu) gün günahkarlar bir saatdan çox (məzarda) qalmadıqlarına and içərlər. Onlar belə döndərilirdilər.
Ələsgər Musayev:
O gün ki, yetişər saat,
cərimə olunmuşlar and içərlər ki, bir saat qalmayıblar. Beləcə
aldanmış olarlar!
A.Mehdiyev və D.Cəfərli:
Və Qiyamət qopacağı gün günahkarlar and içəcəklər ki, (dünyada, yaxud öldükdən sonra) yalnız bircə saat qalmış (və ölümlə dirilmə arasında heç bir fasilə olmamışdır). Onlar(ın dünyada da) bu cür (səhv edib) azırdılar.
Kövsər Tağıyev:
Qiyamətin qopacağı gün günahkarlar (dünyada) bir andan artıq qalmadıqlarına and içərlər. Onlar (dünyada haqdan) belə döndərilirdilər.
M.Qənioğlu və T.Bilaloğlu:
Qiyamət qopacaq günü günahkarlar (həyatda və ya qəbirlərdə) heç bir saat da qalmadıqlarına and içəcəklər. Onlar beləcə aldadılmışlar.
Sabirə Dünyamalıyeva:
Və qiyamətin qopacağı gün günahkarlar bir saatdan artıq qalmadıqlarına and içərlər. Onlar bax belə döndərilirdilər.