Əlixan Musayev:
Sizin himayədarınız yalnız Allah, Onun Elçisi və iman gətirənlərdir. Onlar (Allaha) boyun əyərək namaz qılır və zəkat verirlər.
Bünyadov-Məmmədəliyev:
Sizin haminiz ancaq Allah, Onun Peyğəmbəri və iman gətirənlərdir. O kəslər ki, (Allaha) namaz qılır və rükuda olduqları halda zəkat verirlər.
Elmir Quliyev
:
Вы должны быть близки только с Аллахом, Его Посланником и верующими, которые совершают намаз и выплачивают закят, преклоняясь (смиренно).
Ələddin Sultanov:
Sizin dostunuz yalnız Allah, Onun Peyğəmbəri və namaz qılıb rükuda ikən sədəqə verən möminlərdir.
Kerbelayi Malik ağa:
Sizin vəliniz (dostunuz) yalnız Allah, Onun Rəsulu və amənu olub namaz qılan, zəkatı verən kəslərdir və onlar rüku edənlərdir.
Ələsgər Musayev:
Həqiqətən,
sizin dostunuz Allah və Onun rəsulu və o kəslər ki, inanırlar
və əməllərini islah edirlər və zəkat verirlər və onlar rüku
edirlər.
A.Mehdiyev və D.Cəfərli:
Həqiqətən sizin başçınız və işlərinizin ixtiyar sahibi yalnız Allah, Onun peyğəmbəri və iman gətirənlər – namaz qılıb rüku halında zəkat verən kəslərdir. (Hər iki məzhəb tərəfindən nəql edilmiş rəvayətlərə əsasən, cəm şəkildə buyurulan bu ayənin yeganə nümunəsi Əli əleyhis-salam və onun rüku halında üzük bağışlamasıdır).
Kövsər Tağıyev:
Sizin dostunuz ancaq Allahdır, Rəsuludur və Allahın əmrlərinə boyun əyərək namaz qılan, zəkatı verən möminlərdir.
M.Qənioğlu və T.Bilaloğlu:
Sizin dostunuz ancaq Allah, Onun peyğəmbəri və iman edənlərdi. Onlar ki, (Allahın əmirlərinə) ram olaraq namazı qılar, zəkatı verirlər.
Sabirə Dünyamalıyeva:
Sizin köməkçi, yol göstərən, himayəçi yaxınınız ancaq Allahdır, Onun Elçisidir, bir də Allahın bir olduğunu təsdiq edərək səlatı yerinə yetirən [maddi və zehni baxımdan dəstək olma; cəmiyyəti maarifləndirmə qurumlarını quran, yaşadan], zəkatı/vergini verən iman etmiş kəslərdir.