Ənfal Surəsi 55. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
Şübhəsiz ki, Allah yanında canlıların ən pisi kafir olanlardır. Onlar iman gətirməzlər.
Bünyadov-Məmmədəliyev:
Allah yanında (yer üzündə) gəzən (yürüyən) canlıların ən pisi küfr edənlərdir. Onlar artıq iman gətirməzlər.
Elmir Quliyev :
Воистину, наихудшими из живых существ перед Аллахом являются те, которые не уверовали и не уверуют.
Ələddin Sultanov:
Həqiqətən, Allahın nəzərində yer üzündəki canlıların ən pisi inkar edənlərdir. Çünki onlar iman gətirməzlər.
Kerbelayi Malik ağa:
Allah dərgahında canlıların ən şərlisi şübhəsiz inkar edən kəslərdir (kafirlərdir). Artıq onlar inanmazlar (mömin olmazlar).
Ələsgər Musayev:
Həqiqətən, Allah yanında canlıların şərlisi o kəslərdir ki, kafirdirlər onlar inanmırlar -
A.Mehdiyev və D.Cəfərli:
Şübhəsiz, Allah yanında (Onun əzəli elmində Lövhi-Məhfuzunda) canlıların ən pisi kafir olub daha iman gətirməyən kəslərdir.
Kövsər Tağıyev:
Şübhəsiz, Allah qatında yer üzündə gəzən canlıların ən pisi inkar edənlərdir. Daha onlar iman etməzlər.
M.Qənioğlu və T.Bilaloğlu:
Həqiqətən Allahın yanında canlılardan ən pisi küfr edənlərdir, onlar iman gətirmirlər.
Sabirə Dünyamalıyeva:
Şübhəsiz, Allah yanında canlıların ən pisi kafirlər [Allahın məbud rəbb olduğunu bilə-bilə inkar edən], iman etməyən kəslər;