Əlixan Musayev:
Onlar özlərinə verdiyimiz ruzidən heç nə dərk etmək qabiliyyətində olmayanlara pay ayırırlar. Allaha and olsun ki, atdığınız iftiralara görə mütləq sorğu-sual olunacaqsınız.
Bünyadov-Məmmədəliyev:
(Müşriklər) onlara verdiyimiz ruzidən heç bir şey bilməyənlərə (heç nə anlamayan bütlərə) pay ayırırlar. Allaha and olsun ki, yaxdığınız iftiralara görə sorğu-sual ediləcəksiniz!
Elmir Quliyev
:
Они отдают долю из того, чем Мы их наделили, ради того, что им неизвестно. Клянусь Аллахом, вы будете спрошены обо всем, что измышляете!
Ələddin Sultanov:
Onlar özlərinə verdiyimiz ruzidən (mahiyyətini) bilmədikləri şeylərə (bütlərə) pay ayırırlar. Allaha and olsun ki, iftira yaxdığınız şeylərə görə mütləq sorğu-sual olunacaqsınız! (İslamdan əvvəl bəzi bütpərəst ərəblər əkinlərin və heyvanların bir qismini Allah və bütlər arasında bölüşdürərək: “Bu Allahın, bu da bütlərimizin payıdır!” - deyirdilər. Yuxarıdakı ayədə bütpərəstlərin bu hərəkətlərinə işarə edilir.)
Kerbelayi Malik ağa:
Onlara ruzi verdiyimiz şeylərdən bilmədiklərinə bir pay ayırırlar. Allaha and olsun ki, böhtan atmış olduğunuz şeylərdən mütləq sorğu-sula çəkiləcəksiniz.
Ələsgər Musayev:
Pay ayırırlar verdiyimiz ruzilərdən
anlamadıqlarına. And olsun Allaha, siz sual olunacaqsınız
nədən ki, oldunuz iftiralılar.
A.Mehdiyev və D.Cəfərli:
Və (müqəddəslikləri və vücudlarının təsirləri barəsində) elmləri olmayan şeylər (bütlər) üçün, ruzi olaraq onlara verdiklərimizdən pay qoyurlar. (Ey müşriklər) Allaha and olsun ki, (Qiyamət günü) iftira etdiyiniz şey barəsində sorğu-sual ediləcəksiniz.
Kövsər Tağıyev:
Üstəlik onlara ruzi olaraq verdiklərimizdən (mahiyyətini) bilmədikləri şeylərə (bütlərə) pay ayırırlar. Allaha and olsun ki, uydurduğunuz şeylərə görə mütləq sorğu-suala çəkiləcəksiniz.
M.Qənioğlu və T.Bilaloğlu:
Onlar özlərinə verdiyimiz ruzidən nə olduğunu bilmədikləri (bütlər) üçün pay ayırırlar. Allaha and olsun ki, siz iftiralarınıza görə mütləq sorğu-suala tutulacaqsınız.
Sabirə Dünyamalıyeva:
Və şərik qoşanlar, özlərinə ruzi olaraq verdiyimiz şeylərdən bilmədikləri şeylərə pay ayırırlar. -Allaha and olsun ki, siz uydurduğunuz bu şeylərdən həqiqətən haqq-hesaba çəkiləcəksiniz.-