Əlixan Musayev:
Biz, dəlillərimizin hamısını (Firona) göstərdik. O isə (bu dəlilləri) yalan sayıb qəbul etmədi.
Bünyadov-Məmmədəliyev:
Biz, ayələrimizin (dəlillərimizin və möcüzələrimizin) hamısını ona (Firona) göstərdik. Lakin (Firon) onları yalan sayıb (heç birini) qəbul etmədi.
Elmir Quliyev
:
Мы явили ему (Фараону) всевозможные Наши знамения, но он счел их ложью и отказался.
Ələddin Sultanov:
Həqiqətən, Biz bütün möcüzələrimizi ona (Firona) göstərdik. Ancaq o yalanladı və rədd etdi.
Kerbelayi Malik ağa:
And olsun ki, ayələrimizin (möcüzələrimizin) hamısını ona göstərdik. Buna baxmayaraq yalanladı və qəbul etmədi.
Ələsgər Musayev:
Göstərdik ona ayətlərimizin küllisini onun və yalan saydı və
imtina etdi.
A.Mehdiyev və D.Cəfərli:
Həqiqətən Biz Özümüzün bütün ayə və nişanələrimizi ona (Firona) göstərdik, amma o (onların hamısını) təkzib etdi və (Bizim dəvətimizi qəbul etməkdən) üz döndərdi.
Kövsər Tağıyev:
And olsun, biz ona (Firona) bütün möcüzələrimizi göstərdik, o bunları yalan saydı və rədd etdi.
M.Qənioğlu və T.Bilaloğlu:
Biz ona [Firona] möcüzələrimizin hamısını göstərdik. O isə yalan hesab edib qəbul etmədi.
Sabirə Dünyamalıyeva:
- Və and olsun ki, Biz Firona işarələrimizi/nişanələrimizi; hamısını göstərdik, o təkzib etdi və inadkarlıq göstərdi.