Əlixan Musayev:
Biz səni ancaq müjdə verən və xəbərdarlıq edən kimi göndərdik.
Bünyadov-Məmmədəliyev:
(Ya Rəsulum!) Biz səni yalnız (möminlərə Cənnətlə) müjdə verən və (kafirləri cəhənnəm əzabı ilə) qorxudan bir peyğəmbər olaraq göndərdik.
Elmir Quliyev
:
Мы отправили тебя всего лишь добрым вестником и предостерегающим увещевателем.
Ələddin Sultanov:
(Ey Mühəmməd!) Biz səni ancaq müjdə verən və xəbərdar edən bir peyğəmbər olaraq göndərdik.
Kerbelayi Malik ağa:
Biz səni yalnız müjdələyici və xəbərdaredici olaraq göndərdik.
Ələsgər Musayev:
Biz göndərdik səni ancaq bəşarət verən və nəzərə çatdıran.
A.Mehdiyev və D.Cəfərli:
(Ey Peyğəmbər!) Biz səni yalnız müjdə verən və qorxudan (bir peyğəmbər) olaraq göndərmişik (və cəmiyyətə hakim olaraq hökmlərin icrası imamətin, mükafatlandırmaq və cəza vermək isə rübubiyyətin vəzifələrindəndir).
Kövsər Tağıyev:
Biz səni ancaq bir müjdəçi və bir xəbərdar edən olaraq göndərdik.
M.Qənioğlu və T.Bilaloğlu:
Biz səni ancaq müjdə verən və xəbərdarlıq edən kimi göndərmişik.
Sabirə Dünyamalıyeva:
Və Biz səni ancaq müjdə verən və xəbərdarlıq edən biri kimi göndərdik.