Əlixan Musayev:
Qövmünün cavabı isə ancaq: “Lutun ailəsini kəndinizdən çıxarın. Çünki onlar təmiz qalmaq istəyən adamlardır!”– demələri oldu.
Bünyadov-Məmmədəliyev:
(Lut) tayfasının cavabı yalnız: “Lutun ailəsini yurdunuzdan qovub çıxardın. Çünki onlar (bizim gördüyümüz işlərdən) təmiz qalmaq istəyən insanlardır!” – deməkləri olmuşdu.
Elmir Quliyev
:
В ответ его народ смог лишь сказать: "Прогоните семью Лута (Лота) из вашего селения. Воистину, эти люди хотят очиститься".
Ələddin Sultanov:
Qövmünün cavabı isə yalnız: “Lut ailəsini məmləkətinizdən çıxarın! Çünki onlar çox təmiz kimsələrdir”, - demələri oldu.
Kerbelayi Malik ağa:
Lakin onun qövmünün cavabı: ‘Lutun ailəsini yurdunuzdan çıxarın, çünki onlar təmiz qalmaq istəyən insanlardır.’ deməkdən başqa bir şey olmadı.
Ələsgər Musayev:
Olmadı cavabı onun qoumunun, ancaq ki, dedilər: «Xaric edin Lut ailəsini kəndinizdən. Həqiqətən, onlar paklıq istəyən insanlardır!»
A.Mehdiyev və D.Cəfərli:
Beləliklə, onun qövmünün cavabı yalnız bu oldu: «Lutun ailəsini öz cəmiyyətinizdən çıxarın, çünki onlar təmiz qalmaq istəyən insanlardır (və sizin əməlinizdən uzaq olmaq istəyirlər)».
Kövsər Tağıyev:
Qövmünün cavabı isə sadəcə “Lutun ailəsini məmləkətinizdən çıxarın. (Guya) onlar təmiz qalmaq istəyən insanlardır” demək oldu.
M.Qənioğlu və T.Bilaloğlu:
Onun camaatının cavabı ancaq: "Lutun ailəsini məmləkətinizdən çıxarın. Axı guya onlar təmiz qalmaq istəyən adamlardır." - demələri oldu.
Sabirə Dünyamalıyeva:
Sonra qövmünün cavabı sadəcə, "Lut ailəsini məmləkətinizdən çıxarın; görmürsünüzmü ki, onlar təmiz qalmaq istəyən insanlar imiş!" deməkdən ibarət oldu.