Əlixan Musayev:
Ey mömin qullarım! Şübhəsiz ki, Mənim bu yerim genişdir. Elə isə yalnız Mənə ibadət edin.
Bünyadov-Məmmədəliyev:
Ey iman gətirən bəndələrim! (Əgər hər hansı bir yerdə islamiyyətə görə sizi incidib əziyyət verirlərsə, orada sizi ölüm təhlükəsi gözləyirsə, yaxud dini vəzifələrinizi lazımınca yerinə yetirə bilmirsinizsə, başqa şəhərlərə və ölkələrə hicrət edə bilərsiniz. Mən oralarda da sizə ruzi verərəm). Şübhəsiz ki, Mənim yerim genişdir. Buna görə də yalnız Mənə ibadət edin!
Elmir Quliyev
:
О Мои верующие рабы! Воистину, Моя земля обширна, поклоняйтесь же Мне!
Ələddin Sultanov:
Ey iman gətirən bəndələrim! Şübhəsiz ki, Mənim yer üzüm genişdir. Yalnız Mənə ibadət edin! (Bu ayənin, işgəncəyə məruz qalan Məkkəli zəif müsəlmanlar haqqında nazil olduğu rəvayət olunur. Yəni, Allah belə vəziyyətdə olan müsəlmanların rahat yaşayacaqları başqa bir yerə hicrət etmələrini və orada Allaha ibadət etmələrini istəyir.)
Kerbelayi Malik ağa:
Ey amənu olan qullarım, şübhəsiz ki, Mənim bu yerim genişdir. Elə isə yalnız Mənə qul olun!
Ələsgər Musayev:
Ay Mənim bəndələrim – o kəslər ki, inanırlar! Həqiqətən, Mənim ərzim genişdir və təkcə Mənə ibadət edin!
A.Mehdiyev və D.Cəfərli:
Ey mənim iman gətirən bəndələrim, şübhəsiz, Mənim yerim genişdir. Odur ki, (əgər hər hansı bir mühitdə dini əqidənizi qorumağa, yaxud onun əməllərini, hökmlərini həyata keçirməyə qadir deyilsinizsə, başqa bir yerə gedin və) yalnız Mənə ibadət edin.
Kövsər Tağıyev:
Ey iman edən qullarım! Həqiqətən, mənim ərzim (yer üzü) genişdir. Elə isə sadəcə mənə ibadət edin.
M.Qənioğlu və T.Bilaloğlu:
Ey iman gətirmiş bəndələrim! Mənim torpağım genişdir. Siz (orada) Mənə ibadət edin.
Sabirə Dünyamalıyeva:
Ey iman etmiş bəndələrim! Şübhəsiz ki, Mənim yerim genişdir. O halda, yalnız Mənə ibadət edin.