Əlixan Musayev:
(Sonra) kimsə deməsin ki: “Allaha qarşı etdiyim etinasızlıqlara görə vay mənim halıma! Həqiqətən, mən (dinə və dindəolanlara) rişxənd edənlərdən idim!”
Bünyadov-Məmmədəliyev:
(Elə edin ki, sonradan) bir kəs: “Allaha itaət barəsində etdiyim təqsirlərə görə vay halıma! Həqiqətən, mən (Allahın hökmlərinə, Qurana, Peyğəmbərə və möminlərə) istehza edirdim!” – deməsin.
Elmir Quliyev
:
Чтобы не пришлось человеку говорить: "О горе мне за то, что я был нерадив по отношению к Аллаху! Я был всего лишь одним из насмехающихся!"
Ələddin Sultanov:
Buna görə də hər kəs: “Allaha qarşı həddi aşdığım üçün çox peşmanam. Həqiqətən, mən istehza edənlərdən olmuşam”, - deyəcəyi gündən çəkinsin!
Kerbelayi Malik ağa:
Bir kimsənin ‘Allahdan uzaqlaşmaq barəsində həddi aşdığım hər şeyə yazıqlar olsun. Mən istehza edənlərdən olmuşdum.’ dediyi kimi (deyənlərdən olmayın).
Ələsgər Musayev:
Ondan ötrü ki, deyər nəfs: “Həsrət olsun
mənə, ondan ötrü ki, rəftarımı Allaha nisbətə pozdum və mən
məsxərə edənlərdən oldum!”
A.Mehdiyev və D.Cəfərli:
(Allah sizə öyüd verir) ki, məbada kimsə (Qiyamət günü) «əfsus, Allah barəsində etdiyim səhlənkarlığa görə! Həqiqətən mən məsxərə edənlərdən idim» desin.
Kövsər Tağıyev:
insan: “Allahın yanında, işlədiyim qüsurlardan ötrü vay halıma! Həqiqətən, mən istehza edənlərdən idim”, – deməsin.
M.Qənioğlu və T.Bilaloğlu:
(sonra) adam: "Allaha qarşı olan təqsirlərimə görə vay mənim halıma! Mən ki ələ salanlardan olmuşam" - deməsin.
Sabirə Dünyamalıyeva:
Həqiqətən mən istehza edənlərdən idim" deməsindən,