Əlixan Musayev:
Şübhəsiz ki, ayələrimizi inkar edənləri odda yandıracağıq. Hər dəfə onların dəriləri yandıqca, əzabı (daim) dadsınlar deyə, Biz o (dəriləri) başqa dərilərlə əvəz edəcəyik. Həqiqətən, Allah Qüdrətlidir, Müdrikdir.
Bünyadov-Məmmədəliyev:
Ayələrimizi inkar edənləri oda (Cəhənnəmə) atacağıq. Onların dəriləri bişdikcə, əzabı (həmişə) dadsınlar deyə, o dəriləri başqası ilə əvəz edəcəyik. Əlbəttə, Allah yenilməz qüvvət, hikmət sahibidir!
Elmir Quliyev
:
Воистину, тех, которые не уверовали в Наши знамения, Мы сожжем в Огне. Всякий раз, когда их кожа зажарится, Мы заменим ее другой кожей, чтобы они вкусили мучения. Воистину, Аллах — Могущественный, Мудрый.
Ələddin Sultanov:
Şübhəsiz, ayələrimizi inkar edənləri cəhənnəmə atacağıq. Onların dəriləri bişdikcə, əzabı dadsınlar deyə dərilərini başqa dərilərlə əvəz edəcəyik. Həqiqətən, Allah qüdrətlidir, hikmət sahibidir.
Kerbelayi Malik ağa:
Şübhəsiz ki, ayələrimizi inkar edən kəsləri yaxında atəşə atacağıq. Onların dəriləri hər dəfə yandıqca, əzabı dadmaları üçün onların (dərilərini) başqa dərilər ilə dəyişdirəcəyik. Şübhəsiz ki, Allah Əzizdir, Hakimdir.
Ələsgər Musayev:
Həqiqətən, o
kəslər ki, kafirdirlər ayətlərimizlə, vasil edərik onları oda! Külli
nə ki, onların cildləri yandıqca, dəyişərik onlar qeyri cildlə,
dadmaları üçün əzabı. Həqiqətən, Allah olar Əziz, Həkim!
A.Mehdiyev və D.Cəfərli:
Şübhəsiz, ayələrimizi (Qur’anı) və (tovhid) nişanələrimizi inkar edənləri tezliklə (ölən kimi Bərzəx aləmində, yaxud Allahın nəzərində tez olan Qiyamətdə yandırıcı) oda daxil edəcək və onun istiliyini onlara daddıracağıq. Dəriləri yanıb bişdiyi zaman onların yerinə başqa dərilər gətirərik ki, əzabı (tam) dadsınlar. Doğrudan da Allah qüdrətli və hikmət sahibidir.
Kövsər Tağıyev:
Şübhəsiz, ayələrimizi inkar edənləri biz atəşə atacağıq. Dəriləri yanıb töküldükcə, əzabı dadmaları üçün onların dərilərini yeniləyəcəyik. Şübhəsiz, Allah mütləq güc sahibidir, hökm və hikmət sahibidir.
M.Qənioğlu və T.Bilaloğlu:
Şübhəsiz ki, ayələrimizi inkar edənləri Biz cəhənnəm odunda yandıracağıq. Hər dəfə onların dəriləri bişdikcə, əzabı təkrar dadsınlar deyə, başqa dəri ilə əvəz edəcəyik. Həqiqətən, Allah qüdrət və hikmət sahibidir.
Sabirə Dünyamalıyeva:
Şübhəsiz ki, ayələrimizə iman gətirməmiş kəsləri Biz, tezliklə atəşə atacağıq. Hər dəfə onların dəriləri yandıqca, əzabı dadsınlar deyə, Biz o dəriləri başqa dərilər ilə əvəz edəcəyik. Şübhəsiz ki, Allah çox güclüdür, ən yaxşı qanun qoyandır.