Əlixan Musayev:
Həqiqətən, özlərinə bir dəlil gəlmədən Allahın ayələri barəsində mübahisə edənlərin ürəklərində böyüklük iddiasından başqa bir şey yoxdur. Onlar heç vaxt buna çatmayacaqlar. Sən Allaha sığın! Həqiqətən, O, Eşidəndir, Görəndir.
Bünyadov-Məmmədəliyev:
Şübhəsiz ki, (Rəbbindən) özlərinə bir dəlil gəlmədən Allahın ayələri barəsində mübahisə edənlərin ürəyində ancaq bir təkəbbür (böyüklük iddiası, sənə qarşı həsəd) vardır. Onlar heç vaxt Ona (böyüklüyə, peyğəmbərlik dərəcəsinə) çatmayacaqlar. Sən Allaha pənah apar. Həqiqətən, O, (hər şeyi) eşidəndir, görəndir!
Elmir Quliyev
:
Воистину, в сердцах тех, которые препираются относительно знамений Аллаха без всякого довода, явившегося к ним, нет ничего, кроме высокомерия. Они не достигнут этого (своей цели). Прибегай же к защите Аллаха. Воистину, Он — Слышащий, Видящий.
Ələddin Sultanov:
Şübhəsiz ki, özlərinə heç bir dəlil gəlmədiyi halda Allahın ayələri barəsində mübahisə edənlərin qəlblərində təkəbbürdən başqa bir şey yoxdur. Onlar buna əsla çata bilməyəcəklər. Ona görə də Allaha sığın! Həqiqətən, O, hər şeyi eşidəndir, görəndir.
Kerbelayi Malik ağa:
Şübhəsiz ki, özlərinə bir sultan (dəlil) gəlmədən Allahın ayələri haqqında mübahisə edənlərin qəlblərində sadəcə çata bilməyəcəkləri bir böyüklük iddiası vardır. Artıq Allaha sığın, şübhəsiz ki, O, ən yaxşı eşidən və ən yaxşı görəndir.
Ələsgər Musayev:
Həqiqətən, o kəslər ki,
mücadilə edirlər Allahın ayətlərində qeyri sultanlıqla – onlara
verilmiş, əgər ürəklərində ancaq təkəbbürlük varsa, onlar ona
yetişməzlər. Pənah apar Allah ilə, həqiqətən, O Səmidir,
Bəsirdir!
A.Mehdiyev və D.Cəfərli:
Şübhəsiz, bir dəlil gəlmədən Allahın ayə və nişanələri barəsində mübahisə edən kəslərin sinələrində (vasitəsi ilə öz məqsədlərinə) çatmayacaqları (haqqı qəbul etmək müqabilində) təkəbbür (göstərmək)dən başqa bir şey yoxdur. Buna görə də Allaha pənah apar. Çünki Odur (hər şeyi) eşidən və bilən!
Kövsər Tağıyev:
Allahın ayələri haqqında özlərinə gələn bir dəlilləri olmadan mübahisə edənlər ki var, onların qəlblərində sadəcə təkəbbür var. Onlar göstərdikləri təkəbbürə əsla çatmazlar. Sən Allaha sığın. Şübhəsiz, O, haqqı ilə eşidəndir, haqqı ilə görəndir.
M.Qənioğlu və T.Bilaloğlu:
Özlərinə heç bir dəlil gəlmədən Allahın ayələri barəsində mübahisə edənlərin ürəklərində heç vaxt çata bilməyəcəkləri böyüklük iddiasından başqa bir şey yoxdur. Allaha pənah apar, axı O, eşidəndir, görəndir!
Sabirə Dünyamalıyeva:
Şübhəsiz, onlara qəti bir dəlil gəlmədən Allahın ayələri/işarətləri/nişanələri barəsində mübahisə edənlər ki var; onların sinələrində ancaq bir kibir var və ona çata bilməyəcəklər. Sən dərhal Allaha sığın. Şübhəsiz ki, O, ən yaxşı eşidən və ən yaxşı görəndir.