Duxan Surəsi 56. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
Onlar orada ilk ölümdən başqa heç bir ölüm dadmayacaqlar. (Allah) onları Cəhənnəm əzabından qorumuşdur
Bünyadov-Məmmədəliyev:
Onlar orada ilk (dünyadakı) ölümdən başqa heç bir ölüm dadmayacaqlar! (Allah) onları cəhənnəm əzabından qorumuşdur -
Elmir Quliyev :
Там они не вкусят смерти после первой смерти. Он защитил их от мучений в Аду
Ələddin Sultanov:
Onlar dünyadakı ölümdən sonra orada heç bir ölümü dadmayacaqlar. Allah onları cəhənnəm əzabından qorumuşdur.
Kerbelayi Malik ağa:
Orada ilk ölümdən başqa ölüm dadmazlar. (Allah beləcə) onları cəhənnəm əzabından qorumuşdur.
Ələsgər Musayev:
Dadmazlar onlar orada ölüm, ancaq əvvəlki ölümdən başqa O qorudu onları cəhənnəm əzabından,
A.Mehdiyev və D.Cəfərli:
Onlar (dünyadan Bərzəx aləminə keçmək vasitəsi olan) birinci ölümdən (və Bərzəx aləmindən Qiyamətə keçmək vasitəsi olan ikinci ölümdən) başqa orada ölümü dadmayacaqlar. (Allah) onları (həmişəlik olaraq) Cəhənnəm əzabından qoruyur.
Kövsər Tağıyev:
Orada əminlik içində hər cür meyvəni istəyərlər.
M.Qənioğlu və T.Bilaloğlu:
Orada onlar ilk ölümdən başqa bir ölüm dadmazlar. O, onları cəhənnəm əzabından qorumuşdur.
Sabirə Dünyamalıyeva:
Onlar orada ilk ölümdən başqa heç bir ölüm dadmayacaqlar. Allah onları cəhənnəm əzabından qorumuşdur.