Əlixan Musayev:
Bu da əvvəlki (xəbərdarlıq edib) qorxudanlar kimi bir qorxudandır.
Bünyadov-Məmmədəliyev:
Bu (Muhəmməd əleyhissəlam) da əvvəlki peyğəmbərlər kimi (insanları Allahın əzabı ilə) qorxudan bir peyğəmbərdir!
Elmir Quliyev
:
Этот предостерегающий увещеватель такой же, как и первые предостерегающие увещеватели.
Ələddin Sultanov:
Bu (Mühəmməd də) əvvəlki peyğəmbərlər kimi bir peyğəmbərdir.
Kerbelayi Malik ağa:
Bu nəzir əvvəlki nəzirlərdən bir nəzirdir.
Ələsgər Musayev:
Bu nəzərə çatdıran əvvəlki nəzərə çatdıranlardandır.
A.Mehdiyev və D.Cəfərli:
Bu (Peyğəmbər və onun kitabı, bunların hər biri bəşəriyyət üçün) əvvəlki qorxudanlar qismindən olan bir qorxudandır.
Kövsər Tağıyev:
Bu da əvvəlki xəbərdar edənlərdən bir xəbərdar edəndir.
M.Qənioğlu və T.Bilaloğlu:
Bu [Məhəmməd], öncəki peyğəmbərlər kimi [xəbərdarlıq edən, öyüd- nəsihət verən] bir peyğəmbərdir.
Sabirə Dünyamalıyeva:
Quranda deyilənlər, əvvəlki xəbərdarlıqlar kimi bir xəbərdarlıqdır.