Əlixan Musayev:
(Bilin ki,) Allah istəmədikcə onlar xatırlaya bilməzlər. (Mütləq qüdrətindən) qorxub çəkinməyə layiq olan da, bağışlamağa qadir olan da Odur!
Bünyadov-Məmmədəliyev:
Bununla belə, Allah istəməsə, onlar əsla öyüd ala bilməzlər. Qorxub çəkinməyə də, bağışlamağa da layiq olan ancaq Odur!
Elmir Quliyev
:
Но они не помянут его, если этого не пожелает Аллах. Он — Тот, Кто достоин страха и способен на прощение.
Ələddin Sultanov:
Allah istəmədikcə onlar öyüd ala bilməzlər. Qorxub çəkinməyə layiq olan da Odur, məğfirət sahibi olan da Odur!
Kerbelayi Malik ağa:
Allahın dilədiyindən başqası Onu zikr edə bilməz. O (Onun dilədiyi kimsə) təqva sahibidir və məğfirət əhlidir (günahları savaba çevrilmiş olan kimsədir).
Ələsgər Musayev:
Yad edə bilməzlər, ancaq ki, Allah istəyə. O təqvaya layiqdir və məğfirətə layiqdir!
A.Mehdiyev və D.Cəfərli:
Və Allah istəməyincə onlar xatırlaya bilməzlər (çünki onların ixtiyari iradələri, istəkləri də əməlləri kimi Allahın yaradılış iradəsinə bağlıdır. O, istəməzsə, baş verməz). O, qorxub çəkinməyə də, bağışlamağa da layiqdir.
Kövsər Tağıyev:
Bununla yanaşı, Allah istəmədikcə öyüd götürə bilməzlər. O, təqvaya (Özünə qarşı gəlməkdən çəkinilməyə) layiq olandır, bağışlamağa layiq olandır.
M.Qənioğlu və T.Bilaloğlu:
Allah istəməyəndə (Ondan) öyüd-nəsihət ala bilməzlər. Qorxub çəkinməli olan da, bağışlayan da Odur!
Sabirə Dünyamalıyeva:
O, qorumağa və çəkindirməyə qadirdir və bağışlamağa da qadirdir.