Əlixan Musayev:
Onlar əhd bağladığın kimsələrdir ki, sonra hər dəfə öz əhdlərini pozur və (heç nədən) çəkinmirlər.
Bünyadov-Məmmədəliyev:
Onlar (sənə qarşı müharibə etməmək barədə) əhd bağladığın kimsələrdir ki, (onu bağladıqdan) sonra hər dəfə əhdlərini pozar və Allahdan da qorxmazlar.
Elmir Quliyev
:
Ты заключаешь с ними договор, но всякий раз они нарушают этот договор и не страшатся.
Ələddin Sultanov:
Onlar, səninlə əhd bağladıqdan sonra heç çəkinmədən hər dəfə əhdlərini pozan kimsələrdir.
Kerbelayi Malik ağa:
Onlardan əhd aldığın kimsələr sonra əhdlərini hər dəfə pozarlar. Onlar təqva sahibi deyillər (olmazlar).
Ələsgər Musayev:
o kəslər ki, onlarla əhd bağlamısan, sonra külli dəfə əhdlərini pozurlar və onlar təqvalı olmazlar.
A.Mehdiyev və D.Cəfərli:
O kəslər ki, onların bəziləri ilə əhd-peyman bağladın, sonra onlar hər dəfə öz peymanlarını pozur və (Allahdan və peymanı pozmaqdan) çəkinmir və qorxmurlar.
Kövsər Tağıyev:
Onlar sənin əhd bağladığın, sonra da hər dəfə əhdlərini heç çəkinmədən pozan kimsələrdir.
M.Qənioğlu və T.Bilaloğlu:
Onlar o kəslərdir ki, sən onlarla əhd-peyman bağladın, sonra isə hər dəfə öz əhdlərini pozdular və onlar Allahdan qorxan deyildirlər.
Sabirə Dünyamalıyeva:
əhd bağladıqdan sonra hər dəfə əhdini pozan kəslərdir. Onlar Allahın mühafizəsi altına daxil olmazlar.